Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəngdar
Rəngdar (keçmiş adları Rənginədahar, Vəngidar) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Rəngidar (oyk.), (sadə.) - Quba rayonunun Xaltan inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əsl adı Rənginədahardır. Oykonim tat dilindəki "rənginə" (rəngli) və "dahar" (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 123 nəfər əhali yaşayır.
Nekkar çayı
Nekkar çayı (alm. Neckar) — Almaniyada çaydır. Bu çay Baden-Vürtemberq federal torpağından keçir. Uzunluğu 367 km, hövzənin sahəsi 14000 kv.km-dir. Çay Manhaym rayonunda Reyn çayına tökülür. Çayın keçdiyi zona şorlanmışdır. Çayın sahilində çoxlu sayda şəhərlər vardır. Çayın illik axımı 130 kub.m\san-dir. Maksimum axım fevral-mart aylarındadır. Qışda çayın suları donur.
Rita Renuar
Rita Renoir (16 yanvar 1934, XV arondisman (Paris) – 4 may 2016, Parisin 18-ci dairəsi[d]) — fransız kino və teatr aktrisası. Rita Renuar 1938-ci ildə Parisda anadan olmuşdur. Aktrisa 1960-cı illərdə "Crazy Horse Saloon"da çalışmağa başlasa da, son 10-15 ildə teatrda işləməyə üstünlük vermişdir.. 4 may 2016-cı ildə 78 yaşında vəfat edib. 1953: Les Compagnes de la nuit 1958: Le Sicilien 1962: Commandant X (TV) 1963: Mondo di notte n. 3 1963: Dragées au poivre 1964: Ni figue ni raisin (TV) 1964: Qırmızı səhra, rejissor Mikelancelo Antonioni 1966: Chappaqua 1967: Fantomas Skotland-Yarda qarşı 1970: Cannabis 1975: Le Futur aux trousses 1981: Sois belle et tais-toi 1982: The Angel 1984: Lire c'est vivre: Élie Faure, Vélasquez et les Ménines (TV) 1965: Du vent dans les branches de sassafras, rejissor René Dupuy; Miriam 1967: Le Désir attrapé par la queue, Pablo Pikasso 1973: Et moi qui dirai tout, Le Diable, Théâtre de Plaisance, Paris J'aime le strip-tease, Frank Horvat-Patrick Lindermohr, Éditions Rencontres, 1962 Entretien avec Rita Renoir, in Plexus, la revue qui décomplexe, n. 3, Paris, 1966 Homenaje a una joven bruja, Julio Cortázar, Territorios, Mexico-Madrid-Buenos Aires, Siglo Veintiuno, 1978 Le Diable et la Licorne: métaphysique du strip-tease, Jean-Pierre Georges, Paris, La Table ronde, 2004, 153 pagg. Rita Renuar — IMDb səhifəsi Jean-Michel Palmier, «Rita Renoir: Les Voyeurs attrapés par la queue», in Politique Hebdo.
Pyer-Ogüst Renuar
Pyer-Ogüst Renuar (fr. Pierre-Auguste Renoir [pjɛʁ oɡyst ʁənwaʁ];25 fevral 1841[…], Limoj – 3 dekabr 1919[…], Kan-syur-Mer) — fransız rəssam, impressionizmin yaradıcılarından biri. Pyer-Ogüst Renuar 1841-ci il fevralın 25-də Fransanın Limoges şəhərində anadan olub. Atası dərzi olan Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün 4 yaşında Parisə köçmək məcburiyyətində qalırlar. O, 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuar rəssamlıqla burada tanış olur. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr Muzeyinə gedib, orada usta rəssamların əsərlərin surətini kətana köçürürdü.