Raspberi adası
Raspberi adası (ing. Raspberry Island) — Kadyak arxipelaqının bir hissəsi olan Alyaska körfəzindəki bir ada, inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak-Aylend borosuna aiddir.
Adanın uzunluğu 28 km, eni 5 ilə 12 kilometr arasında dəyişir, sahəsi 192 km²-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1000 metr yüksəklikdədir. Kadyak adasına 3,2 km, Afoqnak adasına 0,9 km, materikə isə 48 km-dir.
Ada 19-cu əsrin əvvəllərində Alyaskanın rus tədqiqatçıları tərəfindən kəşf edilmişdir. Leytenant Mixail Muraşev 1839-cu ildə adaya "Malinovı və ya Severnı" adını verir. Kapitan Yuri Lisyanski 1814-cü ildə onu öz xəritələrində adanı Severnı, 1852-ci ildə isə Mixail Tebenkov Böyük Malinovı kimi qeyd etmişdir. Xəz tədarükçüləri dəniz samurlarını tamamilə məhv edirlər. Bu xəz tədarükçülərinin çoxu burada məskunlaşırlar.