Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ravenna
Ravenna — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Ravenna vilayətinin mərkəzidir. Ravenna Emilia-Romagna rügionunun ən böyük əhalili və tarix baxımından ən əhəmiyyətli şəhəridir. Ravenna sahəhəsinə görə Roma şəhərindən sonra, bütün İtaliyada ikinci böyüklükdədir. Əyalət sərhədləri içində ("11 İyun Parkı" və "1 May Parkı" adlı) iki böyük şəhərdaxili park var və Punt Alberetedə Dünya Təbiəti Qoruma Vəqfinin bir qoruma sahəsi mövcuddur. Ravenna şəhəri mərkəzi Adriatik dənizindən 10km içəridə var. Lakin şəhər dənizə "Candiano Marina di Ravenna" marinası ilə "Mərkəz Garı" arasından keçən bir kanalla bağlıdır. Şəhər dəniz sahilə doğru uzanmaqda və sahildə olan Ravenna Limanı Adriatik dənizi üzərində ən əhəmiyyətli ticarət limanlardan biridir. Şəhərlə bəziləri birləşmiş, digərlərinin isə şəhərlə aralarında boş sahələr olmaqla birlikdə, şəhər yaxınlığındakı sahillərdə olan 9 tətil plajının hamısına "Ravenna çimərliklər" adı verilməkdədir. Ravenna çimərliklərindən "Casal Borsetti", "Marina Romea", "Porto Corsini" şəhərin dənizə kanalının şimalında və "Marina di Ravenna", "Punta Marina Terme", "Lido Adriano", "Lido di Dante", "Lido di Classe" və "Lido di Savıo" adı verilən isə kanalın cənubunda yerləşirlər.
Evening (jurnal)
"Evening" (イブニング, Ibuningu) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən hər iki həftədən bir nəşr olunan seynen manqası jurnalı. Jurnal B5 formatında ağ-qara qəzet kağızı üzərində çap olunur, bir sayının qiyməti təqribən 800 ¥ (7 manat) olur. 2015-ci ildə jurnal 115.617 tirajla satılmışdır. 2010-cu ildə bu rəqəm 147.980, 2008-ci ildə 166.000 idi.
Guardian and Manchester Evening News Ltd
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. == Strukturu == "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı) "Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.