Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekonkista
Rekonkista - Pireney yarımadasında yaşayan müsəlmanların xristianlar tərəfindən sıxışdırılaraq çıxarılmasına səbəb olmuş, dini məzmunlu hərəkat. Rekonkista hərəkatı Qranada əmirliyinin 1492-ci ildə dağılması nəticəsində uğurla başa çatmışdır. Ərəblər ilk dəfə olaraq Pireney yarımadasına 711-ci ildə Tariq İbn Ziyadın başçılığı altında gəlmişdilər. Ərəblərin İspaniyada ağalığı 781 il davam etmişdir. Bu dövr ərzində müsəlmanlar xristianlarla və yəhudilərlə çox tərəfli münasibətlər qurmuşdular. Ərəblər təkcə dövlətçilik sahəsində deyil, eyni zamanda mədəniyyət sahəsindədə böyük işlər olmuşdur. Qranada şəhərində yerləşən və Qranada əmirliyinin hakimiyyəti dövründə inşa olunmuş Əlhambra sarayı, müsəlmanlar tərəfindən tikilmişdir. İspaniyada yaşayan xristinların müsəlmanlara olan münasibəti IX əsrdən etibarən dəyişməyə başladı. 718-ci ildə Şimali İspaniyada dağlarda yerləşən mağaralarda rekonkista hərəkatı üçün döyüşçülər hazırlanırdı. Rekonkista hərəkatının ilk dövrü 718 - 1085-ci illəri, ikinci dövrü isə 1085 - 1238-ci illəri əhatə edir.