Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Replika
Replika – müəllifin dialoqda birinci, ikinci və üçüncü şəxs şəklində ola bilən danışığı, ifadələri və sözləridir. == Təsviri == Replika müəllif sözünün təsviri formalarından biridir, lakin bu təsvir vasitəlidir, müəllifin birbaşa səsi kimi deyil, obrazın sözü kimi verilir. Replikalar, müxtəlif surətlərin sözləri ilə müəllif canlı danışığın yazılı sözlə verilən obrazını yaradır. Bu mənada replikalardan təşkil olunan dialoqlar obrazlılıq forması sayıla bilər. Süjet hadisənin, surət insanın, dialoq insanların canlı ünsiyyətinin, replika isə canlı danışıq sözünün ya söz sırasının obrazıdır. Ədəbi yaradıcılıqda replika ilə dünyanı və insanları, onların konflikt və problemlərini təsvir etmək ən çətin yaradıcılıq işi sayılır. Məsələn, Hollivud filmlərində süjeti bir ya iki müəllif işləyir, amma dialoqların yazılmasına dörd-altı ssenarist cəlb olunur. Replika mətnin ayrılmaz hissəsi olsa da, o iki və daha çox adam arasında olan danışıq, nitq, ünsiyyət parçası sayılır. Birinci və ikinci şəxs arasındakı danışıq isə real həyatda həmişə şifahi mətnyaratmadır, şifahi nitqdir. Yazılı və şifahi nitqlər (mətnyaratma) isə bir-birindən köklü fərqlərə malikdir.
Anthemis aeolica
Anthemis aeolica (lat. Anthemis aeolica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Aulacopone relicta
Aulacopone relicta — Kiçik ölçüyü Qarışqa olaraq Aulacopone cinsinə aid növ. Azərbaycanın endemik canlısı. == Yayılması == Bu qarışqa Azərbaycanda aşkarlanmışdır. İki tapıntı Arnold Konstantin Vladimiroviç tərəfindən aşkarlanmışdır. Birinci tapıntı 1929-ci ildə Talış dağlarının ətəklərində Lənkərandan 40 km cənub-qərbdə Ələzəpin kəndi yaxınlığında meşədə (38° 45'N., 48° 50'E.) aşkarlanmışdır. İkinci tapıntı isə Azərbaycanın şimalında Ququlyabənd dağında, Alekseevka kəndi yaxınlığında (41° 22 N, 48° 34 E) aşkarlanır. == Məlumat == Bədənin uzunluğu 4,25 mm; başın uzunlugğu 1,08 mm; başın eni 1,02 mm; skapusun uzunluğu 0,59 mm; gözün maksimal diametri 0.24 mm; mezosomların uzunluğu 1,36 mm; skutumun eni 0,82 mm; petiolyusun eni 0,52 mm; petiolyusun hündürlüyü 0,58 mm; Postpetiolyusun eni 0,96 mm təşkil edir. Gözləri kiçikdir, üzəri tükcüklərlə örtülüdür. Növ ilk dəfə 1930-cu ildə sovet Mirmekoloqu Arnold Konstantin Vladimiroviç tərəfindən ətraflı araşdırılmış və onu qeydə almışdır. Bu növ qarışqa Lasius emarginatus qarışqa yuvasında palıd kötüyünün qabığında aşkarlanmışdır.
Zbiqnev Reliqa
Zbiqnev Yevgeni Reliqa (pol. Zbigniew Eugeniusz Religa, 16 dekabr 1938 – 8 mart 2009, Varşava) — Polşanın görkəmli kardioloji cərrahı və siyasətçisi. == Həkim karyerası == Reliqa, 1963-cü ildə Varşava Tibb Universitetində təhsilini bitirdi. 1966-cı ildən 1980-ci ilə qədər Varşavada Szpital Wolskiʼdə cərrahiyə şöbəsində çalışmışdır. 1973-cü ildə Nyu-York şəhərində damar cərrahiyyəsi üzrə və 1975-ci ildə Detroytda kardioloji cərrahiyyə üzrə təlim keçmişdir. 1973-cü ildə Ph.D. dərəcəsini aldı. 1980-ci ildən 1984-cü ilədək, Varşava Kardiologiya İnstitutunda dərs deyirdi. 1984-cı ildə Zabrze şəhərində Kardiocərrahiyə klinikasını idarə etdi. 1990-cı ildə Katowice Silesian Tibb Universitetində tam professor və 1997-ci ildən 1999-cu ilədək onun rektoru olmuşdur. 2001-ci ildə Varşava'ya qayıtdı, həm 2 saylı Kardioloji Cərrahiyyə Klinikası, həm də Kardiologiya İnstitutunun direktoru oldu.
Banksia epica
Banksia epica (lat. Banksia epica) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Çaplıca (Sayınqala)
Çaplıca (fars. چپلوجه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 739 nəfər yaşayır (159 ailə).