Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Replika
Replika – müəllifin dialoqda birinci, ikinci və üçüncü şəxs şəklində ola bilən danışığı, ifadələri və sözləridir. == Təsviri == Replika müəllif sözünün təsviri formalarından biridir, lakin bu təsvir vasitəlidir, müəllifin birbaşa səsi kimi deyil, obrazın sözü kimi verilir. Replikalar, müxtəlif surətlərin sözləri ilə müəllif canlı danışığın yazılı sözlə verilən obrazını yaradır. Bu mənada replikalardan təşkil olunan dialoqlar obrazlılıq forması sayıla bilər. Süjet hadisənin, surət insanın, dialoq insanların canlı ünsiyyətinin, replika isə canlı danışıq sözünün ya söz sırasının obrazıdır. Ədəbi yaradıcılıqda replika ilə dünyanı və insanları, onların konflikt və problemlərini təsvir etmək ən çətin yaradıcılıq işi sayılır. Məsələn, Hollivud filmlərində süjeti bir ya iki müəllif işləyir, amma dialoqların yazılmasına dörd-altı ssenarist cəlb olunur. Replika mətnin ayrılmaz hissəsi olsa da, o iki və daha çox adam arasında olan danışıq, nitq, ünsiyyət parçası sayılır. Birinci və ikinci şəxs arasındakı danışıq isə real həyatda həmişə şifahi mətnyaratmadır, şifahi nitqdir. Yazılı və şifahi nitqlər (mətnyaratma) isə bir-birindən köklü fərqlərə malikdir.
DNT replikasiyası
DNT replikasiyası (lat. replicatio — yenilənmə) — DNT molekulunun çoxalma prosesi. Molekulyar biologiyada DNT replikasiyası, bir orijinal DNT molekulundan iki eyni DNT nüsxəsini çıxarmaq üçün bioloji bir prosesdir. DNT replikasiyası bioloji mirasın ən vacib hissəsi olan bütün canlı orqanizmlərdə baş verir. Bu, zədələnmiş toxumaların böyüməsi və düzəldilməsi zamanı hüceyrələrin bölünməsi üçün vacibdir və eyni zamanda hər yeni hüceyrənin öz DNT nüsxəsini almasını təmin edir. Hüceyrə, DNT təkrarlanmasını zəruri edən bölünmənin fərqli xüsusiyyətinə malikdir . DNT replikasiyası — Orqanizmin əksər hüceyrələrində irsi məlumatların daşıyıcısı dezoksiribonuklein (DNT) turşusudur. Eukariot orqanizmlərdə DNT nüvədə və bəzi orqanoidlərdə – mitoxondri və plastidlərdə olur. Prokariotlarda formalaşmış nüvə olmadığı üçün bu orqanizmlərin DNT-si bilavasitə sitoplazmada yerləşir. DNT, bir-birini tamamlayan iki ipdən ibarət cüt zəncirdən ibarətdir.
Mikelancelonun David heykəlinin replikaları
Mikelancelonun David heykəlinin replikaları — müxtəlif vaxtlarda və müxtəlif ölkələrdə plastmas, mərmər, şüşə və sair materiallardan hazırlanan heykəllər. Dünyanın müxtəlif ölkələrində, “David”in çoxlu sayda orijinal ölçülü nüsxələri yayılmışdır ki, onlardan da ən məşhuru orijinal hehkəlin yerində, Florensiyadakı Palaçço Vekko sarayının qarşısında 1910-cu ildə ucaldılmış nüsxədir. Heykəlin orijinalı 1873-cü ildə yerindən götürülmüş və bu günə kimi minlərlə turistin ziyarət etdiyi Florensiya Təsviri sənətlər akademiyasına yerləşdirilmişdir. Digər nüsxələr isə XIX əsrdən başlayaraq müxtəlif sənətkarlar tərəfindən işlənmişdir. Heykəlin kiçik nüsxələri isə əsasən kitç xarakteri daşıyır. == Avropa == Heykəlin tuncdan hazırlanmış kopyalarından biri Florensiyanın Mikelancelo meydanında ucaldılmışdır. Gipsdən hazırlanmış bir nüsxəsi, Viktoriya və Albert Muzeyində saxlanılır. Bu nüsxə əncir ağacı yarpağı ilə digərlərindən fərqlənir. Əncir ağacı Kraliça Viktoriyanın heykəli birinci dəfə görərkən çılpaqlığından şoka düşməsindən sonra hazırlanmış və kraliçanın, eləcə də digər vacib şəxslərin muzeyi ziyarət etməsi zamanı “David”in penisini örtmək üçün istifadə edilir. Antverpdəki açıq səma altında Midlhem Heykəl Muzeyində heykəlin bir nüsxəsi saxlanılır.
Mikelancelonun Pyeta heykəlinin replikaları
Aşağıdakı siyahıda Mikelancelonun "Pyeta" heykələrinin replikalarının siyahısı verilmişdir. == Avropa == Koepelkerk — Horn, Niderland H. H. Simon en Judaskerk — Lattrop, Niderland Tanrı anası kilsəsi – Poznan, Polşa == Asiya == Müqəddəs Məryəm kafedralı- Tokio, Yaponiya Müqəddəs İosif katolik kilsəsi — Kerala, Hindistan Müqəddəs İohann kafedralı — Bundanq, Cənubi Koreya Manila kafedralı, Manila, Filippin Malate kilsəsi Malate, Manila, Filippin Baguio kafedralı, Baguio, Filippin Loyola Memorial Parkı Paranak, Filippin Müqəddəs Tanrı Anası kilsəsi, Pasay, Filippin La Verna, Bandar Lampunq, İndoneziya == Avstraliya == Müqəddəs Məryəm kafedralı — Sidney, Avstraliya == Şimali Amerika == Sent Pol kafedralı, Sent Pol, ABŞ Müq. Anna Katolik kafedralı, Bomont, ABŞ İşıq İsa kafedralı, Oklend, ABŞ Müqəddəs İosif kilsəsi, Cim Trope Müqəddəs Tanrı Anası bazilikası, Çikaqo, ABŞ. Müqəddəs Məryəm kilsəsi, Sprinq Leyk, MI Müqəddəs Ailə katolik kilsəsi — Saginau, MI Müqəddəs Məryəm kilsəsi, Leykvud, WI Sent Luis bazilika kafedralı, MO Müqəddəs Patrik kafedralı, Nyu-York Kuins Sənət Muzeyi, Kuins, Nyu-York Müqəddəs Patrik katolik kilsəsi, İmocin, IA Müqəddəs İuda katolik kilsəsi, Mensfild, TX Sent-Ann-de-Bopre bazilikası — Kvebek, Kanada Sumaya muzeyi, — Mexika şəhəri, Meksika Müqəddəs Məryəm Sığınacağı kafedralı, Matamoros, Mexiko Hamilton Memorial Bağları, Sədaqət kapellası, Hikson, ABŞ Məsihin Anası katolik kilsəsi, Mayami, FL, ABŞ Müqəddəs Akvinalı Foma kafedralı, Reno, NV ABŞ (Bu nüsxə kilsə bülleteni ilə Vatikan tərəfindən təsdiqlənmişdir) Müqəddəs Məryəm qəbirsanlığı, Reno NV. Bu nüsxə qəbirsanlığın əsas girişində yerləşir. == Cənubi Amerika == Braziliya Metropolitan kafedralı, Brazil, Braziliya. São Peleqrino kilsəsi, Kaksias do Sul, Braziliya San Pablo Apostol Lampa kilsəsi, Puno Peru Uan qəbirsanlığının girişi, Valparaiso, Çili == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Mikelancelonun Pyeta heykəlinin replikaları ilə əlaqəli mediafayllar var.
Mona Lizanın replikaları
Leonardo da Vinçinin "Mona Liza"sı dünyanın ən məşhur sənət əsəri olmaqla, həm də ən çox replikaları və fərqli təfsirləri yaradılmış əsərdir. Leonardonun hələ sağlığında onun tələbələri və müasiri olan rəssamlar tərəfindən "Mona Liza"nın replikaları çəkilməyə başlayırdı. Dövrümüzə çatmış ən qədim versiyaların bəzilərinin Leonardonun özünün fırçasına aid olması iddia edilir və bu mövzu ilə əlaqəli alimlər arasında mübahisə aparılır. XX əsrin Marsel Düşan və Salvador Dali kimi önəmli sənətkarları "Mona Liza"nın təsviri üzərində öz estetikalarını tətbiq edərək törəmə əsərlər yaratmışlar. Bu gün də İntibah şah əsərlərinin replikalarının hazırlanması gənc rəssamların texnika və qabiliyyətlərini inkişaf etdirmək üçün istifadə etdikləri əsas üsullardan biri olaraq qalmaqdadır.Müasir dövrdə "Mona Liza"nın repilkaları daha çox əsərlər və ya onun müəllifi ilə bağlı sərgi və tədbirlərin təbliğ edilməsi üçün yaradılır. Liza del Cakondonun ictimai mülkiyyət hesab edilən və müəllif hüquqlarından azad edilmiş portreti həm də siyasi bəyanatlar verilməsi üçün istifadə edilmişdir. "Mona Liza"nın adının rəssamlıqla əlaqəsi olmayan şəxslər (məsələn, ABŞ müğənnisi Net Kinq Koulun ifa etdiyi "Mona Liza" adlı mahnı 1950-ci ildə Ən Yaxşı Orijinal Mahnı nominasiyasında Oskar mükafatına layiq görülmüşdü) tərəfindən istifadəsi də ictimayətdə maraq oyatmağa qadirdir. Saysız hesabda nəşr reproduksiyaları ilə yanaşı "Mona Liza"nın təsviri açıqca, qəhvə fincanları, köynəklər və digər əşyalar üzərində də istifadə olunur. Yaradılmasından beş yüz il keçməsinə baxmayaraq, "Mona Liza"nın məşhurluğu və təsiri hər reproduksiyanın hazırlanması ilə daha da artır. == Ərəfə == XVI əsrin əvvəllərində florensiyalı tacir Françesko del Cakondo Leonardo da Vinçiyə həyat yoldaşı Liza del Cakondonun portretini çəkməyi sifariş edir.
Relikt
Relikt (lat. relictum - qalıq) - relikt bitki və heyvanlar — keçmiş geoloji dövrlərin müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), yalanqoz, şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, bigəvər kolu, şümşad kolu üçüncü dövr reliktidir. == Relikt endemlər == Relikt endemlər (lat. relictum - qalıq) – keçmiş geoloji dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoya və b.) həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, şabalıdyarpaq palıd və s.) == Relikt fauna == Əlverişli yaşama şəraitində (refiqiumlarda) qalan keçmiş fauna. == Relikt flora == Əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan qədim flora növlərinin məcmusu.
Relik
Relik (Latınca reliquiae "geri qalan, qalıq") Xristianlıqda Məsih, müqəddəslər və digər əziz insanlarla əlaqəli və ya onlardan qalmış müqəddəs əşyalara və ya parçalara verilən addır. Məsələn, müqəddəslərin sümükləri və ya bu insanın sahibi olduqları mallar relikdir. Reliklər bəzən reliker adlanan xüsusi mühafizə qablarında saxlanılır.
Republika Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Relikt minerallar
Relikt minerallar — tapıldığı çökmə süxurlardan daha əvvəl əmələ gəlmiş minerallar. Buraya ekzogen proseslərə davamlı minerallar aiddir: kvars, maqnetit, sirkon, qranat, bəzən çöl şpatları, mikalar və dəmir-maqnezium silikatları. Süxur daha dərin dəyişilmə mərhələsində, yaxud əksinə (məsələn, metogenez mərhələsində mühafizə olunub qalmış sedimentasion və ya diagenetik kaolinit), rast gələn çöküntü süxurların zəif dəyişkənlik pilləsinin mineralları, habela metamorfik süxurlarda ilkin süxurdan (metamorfizmdən sonra) qalmış minerallar da relikt minerallar aiddir. Regional metamorfizmin hər hansı bir fatsial şəraitində əmələ gəlmiş və sonrakı fatsiyalarda dayanıqlı qalan minerallar da relikt minerallar sayılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Relikt relyef
Relikt relyef-/ lat. relictum-qalıq/- (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Velika Planina
Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir. Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir. == Tarix == İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir.
Zbiqnev Reliqa
Zbiqnev Yevgeni Reliqa (pol. Zbigniew Eugeniusz Religa, 16 dekabr 1938 – 8 mart 2009, Varşava) — Polşanın görkəmli kardioloji cərrahı və siyasətçisi. == Həkim karyerası == Reliqa, 1963-cü ildə Varşava Tibb Universitetində təhsilini bitirdi. 1966-cı ildən 1980-ci ilə qədər Varşavada Szpital Wolskiʼdə cərrahiyə şöbəsində çalışmışdır. 1973-cü ildə Nyu-York şəhərində damar cərrahiyyəsi üzrə və 1975-ci ildə Detroytda kardioloji cərrahiyyə üzrə təlim keçmişdir. 1973-cü ildə Ph.D. dərəcəsini aldı. 1980-ci ildən 1984-cü ilədək, Varşava Kardiologiya İnstitutunda dərs deyirdi. 1984-cı ildə Zabrze şəhərində Kardiocərrahiyə klinikasını idarə etdi. 1990-cı ildə Katowice Silesian Tibb Universitetində tam professor və 1997-ci ildən 1999-cu ilədək onun rektoru olmuşdur. 2001-ci ildə Varşava'ya qayıtdı, həm 2 saylı Kardioloji Cərrahiyyə Klinikası, həm də Kardiologiya İnstitutunun direktoru oldu.
Republika Srpska (1992–1995)
Srpska Respublikası (Serb kiril əlifbası: Република Српска) Bosniya müharibəsi illərində Srpska Respublikası Ordusunun nəzarəti altında olan cənub-şərqi Avropada proto dövlət idi. Özünü müstəqil elan etməsinə baxmayaraq, bu iddia Bosniya hökuməti (ərazisi Srpska-nın bir hissəsi kimi tanınan), Birləşmiş Millətlər Təşkilatı və ya hər hansı digər tanınmış dövlət tərəfindən qəbul edilmədi. Yarandığı ilk aydalarda Serbiya Bosniya və Herseqovina Respublikası (Serb kiril əlifbası: Српска Република Босна и Герцеговина) kimi tanınırdı.