Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Replika
Replika – müəllifin dialoqda birinci, ikinci və üçüncü şəxs şəklində ola bilən danışığı, ifadələri və sözləridir. Replika müəllif sözünün təsviri formalarından biridir, lakin bu təsvir vasitəlidir, müəllifin birbaşa səsi kimi deyil, obrazın sözü kimi verilir. Replikalar, müxtəlif surətlərin sözləri ilə müəllif canlı danışığın yazılı sözlə verilən obrazını yaradır. Bu mənada replikalardan təşkil olunan dialoqlar obrazlılıq forması sayıla bilər. Süjet hadisənin, surət insanın, dialoq insanların canlı ünsiyyətinin, replika isə canlı danışıq sözünün ya söz sırasının obrazıdır. Ədəbi yaradıcılıqda replika ilə dünyanı və insanları, onların konflikt və problemlərini təsvir etmək ən çətin yaradıcılıq işi sayılır. Məsələn, Hollivud filmlərində süjeti bir ya iki müəllif işləyir, amma dialoqların yazılmasına dörd-altı ssenarist cəlb olunur. Replika mətnin ayrılmaz hissəsi olsa da, o iki və daha çox adam arasında olan danışıq, nitq, ünsiyyət parçası sayılır. Birinci və ikinci şəxs arasındakı danışıq isə real həyatda həmişə şifahi mətnyaratmadır, şifahi nitqdir. Yazılı və şifahi nitqlər (mətnyaratma) isə bir-birindən köklü fərqlərə malikdir.
Reprua çayı
Reprua (gürc. რეპრუა) və ya Xapıryuaş (abx. Ҳаҧырҩаш) — Gürcüstan Respublikasında, Abxaziyanın şimal-qərbində çay. Reprua Abxaziya Muxtar Respublikasının Qaqra rayonu ərazisinə daxildir. Bir çox mənbələrdə Reprua çayı dünyanın ən qısa çayı hesab olunur. Reprua çayının uzunluğu 18 metrdir. Eni isə 10 metrdir. Son illərin məlumatlarına görə çayın uzunluğu artıq daha qısa olub. Buna səbəb Qara dənizin səviyyəsinin qalxması olub. Çay hidroloji baxımdan güclü yeraltı karst çayının yer üstünə çıxmasıdır.