Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı == Həyatı == Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. == Karyerası == === Klub karyerası === O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. === Milli karyerası === 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Terror in Resonance
Zankyou no Terror (残響のテロル, zankö no teroru, ing. Terror in Resonance, rəsmi yaponca - Terror in Tokyo) — MAPPA studiyası tərəfindən çəkilmiş anime-serial. Rejissor - Şiniciro Vatanabe, personajların dizaynerı - Kadzuto Nakadzava, bəstəkar - Yoko Kanno. Premyerası Fuji Television kanalında noitaminA bloku çərcivəsində baş tutdu. == Məzmun == Alternativ Tokio. Yayın bir günündə terakt baş verir, internetdə isə terakta aparan video yayılır. Videoda iki gənc oğlan "Tokionun qaranlıqa bürənməsi" haqda bəhs edir. Polis dərhal istintaqa başlasa da, videonun müəlliflərini tapmaq olmur. Axtarışlar nəticə vermir, çarxlar çıxmağa davam edir, yeni videolarda isə bombaların yerlərini bildirən ipucular şifrələnib. Detektiv Şibadzaki özlərini «Sfinks» (スピンクス, supinkusu) adlandıran naməlum şəxsləri tapmaq fikrindədir.