Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rifailik
Rifailik - sufi İslam təriqəti. === Yaranması === Təriqət Şafii hüquq məktəbinin hüquqşünası və sufiliyin mahir bilicisi Əhməd ibn Əli ər-Rifainin (vəfatı: 1183-cü il) adı ilə bağlıdır. O, İraqın cənubundakı Bətaih bölgəsində yaşamışdır. Sufiliklə əmisi Mənsur Bətaihinin vasitəsi ilə tanış olmuşdur. Ona ilk müəllimliyi isə Əli Vasiti etmişdir. Bir sıra əsərlər qələmə alan Əhməd Vasitdə dünyasını dəyişmiş, elə orada dəfn olunmuşdur. Rifailər təriqəti ən qədim sufi təriqətlərindən sayılır. Onları bəzən Əhmədilər və Bətaihilər də adlandırırlar. Bu təriqətin bir çox müsəlman ölkələrində, xüsusilə Misirdə, Anadoluda və Balkanlarda çoxlu sayda tərəfdarları olmuşdur. Tanınmış səyyah İbn Bətuta onlar haqqında məlumat vermişdir.