Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruslaşdırma
Ruslaşdırma (rus. русификация) — rəsmi hökumət tərəfindən hər hansı bir ərazinin əhalisini linqvistik, mədəni, dini baxımdan ruslaşdırılması prosesidir. Dil və tarixin məqsəd yönlü şəkildə dəyişdirilməsi 19-cu əsrdə xüsusilə geniş vüsət aldı. Ruslaşdırma müxtəlif bölgələrdə müxtəlif cür olub deyə onun nəticələri öz dərinliyinə və davamlılığına görə fərqlənir. Ən uğursuz və az davamlı ruslaşdırma siyasəti Polşa və Finlandiyada olmuşdur. Britaniyalı tarixçi Ceffri Xosking ruslaşdırmanın mərkəzləşdirməni sürətləndirib yerli hakimləri sıradan çıxardığı üçün Rusiya imperiyasının siyasətinə daxil olduğunu göstərir. Onun fikrincə, ruslaşdırma siyasətinin hədəfi həm də Rusiya imperiyasının bütün xalqlarına Rusiyaya, onun keçmişinə, adət ənənələrinə aid olmaq hissi verməkdir. Qərbi milli bölgələrin aktiv şəkildə ruslaşdırılması 19-cu əsrin birinci yarısında başladı və 1860-cı ildə növbəti polşa üsyanından sonra daha da gücləndi.
Qruplaşdırmaq
Qruplaşdırmaq (ing. group, rusca Группироват) – rəsm proqramlarında: obyektlər çoxluğunu, bir tam kimi yeri dəyişdirilə və şəkli dəyişdirilə bilən bir obyektə (qrupa) çevirmək (transformasiya etmək). 2. Группа ~ grup ~ qrup – Microsoft Windows NT sistemində: qrupun üzvləri adlandırılan başqa büdcələri özündə saxlayan büdcə. Qrupun icazəsi və hüquqları onun üzvlərinə də verilir; beləliklə, qrupdan istifadə etməklə bir dəfəyə bir neçə istifadəçi büdcəsinə eyni imkanlar vermək olar. qruplaşdırmaq Qruplar halında birləşdirmək, qrup-qrup düzmək, yerləşdirmək; dəstələmək, dəstə-dəstə etmək; təsnifetmək. Verilənlər bazalarında: qorunan sistemdə istifadəçi büdcələrinin yığını. Verilənlər bazası hesabatlarında: yazılar çoxluğu. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.