Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarkis Soğanalyan
Sarkis Soğanalyan (amh. Սարգիս Սողանալեան; 6 fevral 1929, İskəndərun, Fransa müstəmləkəsi – 5 oktyabr 2011, Hayliya[d], Florida) — erməni əsilli silah qacaqmalçısı. Ölüm taciri ləqəbi ilə tanınmış Soğanalıyan Soyuq müharibə dövrünün ən böyük silah qacaqmalçısı hesab olunmaqdadır. Suriya və Livan ermənisi bir ailənin övladı olan Sarkis daha çox 1980-cı illərdə Səddam Hüseyn rejminə satdığı silahlar və İraq ordusunun rəhbər şəxsləri ilə olan yaxınlığı ilə gündəmə gəlmişdir. Florida ştatının Virciniya Qardens şəhərində yaşadığı zaman İran-İraq müharibəsində İraq tərəfini silah-sursatla təmin etmək məqsədi ilə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfində əməkdaşlığa cəlb edilmişdir. Reyqan Administrasiyasının təşviqi və Amerika kəşfiyyat agentliklərinin dəstəyi ilə o, 1,4 milyard dollar dəyərində Fransa istehsalı olan artilleriya satışı da daxil olmaqla, bir neçə mühüm silah sövdələşməsinin əsas əlaqələndiricisi və təminatçısı rolunda çıxış etmişdir. İraqla yanaşı, o, Mavritaniyadakı Polisario qüvvələri, Livan vətəndaş müharibəsi zamanı Falanj milisləri kimi qruplara, Nikaraqua, Ekvador kimi Latın Amerikası ölkələrinə və Folklend müharibəsi zamanı Argentinaya silah satmışdır. Silah ticarətini Afrika və Yaxın Şərq bölgələrində genişləndirən Soğanalıyan, Körfəz müharibəsindən əvvəl vermiş olduğu televiziya müsahibələrində, İraqda gördüyü işləri təfərrüatlı şəkildə izah etmiş və silah alqı-satqısına adı qarışmış bir necə yüksək səviyyəli Amerika hökumət rəsmisinin adını açıqlamışdır. Ədliyyə Departamenti Soğanalyanı icazəsiz silahların göndərilməsinə dair konspirasiya qurmaqda ittiham edərək onun həbs olunmasına nail olmuşdur. O, bir neçə il sonra Klinton administrasiyasına Livanda saxta pulların satışı ilə məşğul olan şəbəkənin çökdürülməsində kömək edən zaman azadlığa buraxılıb.