Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Süjetli xalçalar
Azərbayanda süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və zəngin ənənələrə malikdir. Azərbaycanda belə xalçalar tarixən ölkənin cənubunda Təbriz şəhərində toxunub. Təbriz şəhərində süjetli xalçaların istehsalının yüksəlməsi 16-cı yüzilliyə təsadüf edir. Məhz bu dövrə Təbriz miniatür məktəbinin çiçəklənməsi düşür. Aparılan tədqiqatlar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə kifayətlənməyərək, həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlamışdılar. Həmin rəssamlar eyni zamanda zəngin, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaların əsas texniki xüsusiyyətlərindən sayıla bilər. Ov səhnələri bu tipli xalçaların başlıja süjetini təşkil edirdi.
Sujetli əsər
Süjetli Əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir. Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir. Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.