Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şötüklü
Şötüklü — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şötüklü oyk. Cəlilabad r-nunun Boyxanlı i.ə.v.-da kənd. Burovar silsiləsinin ətəyindadir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqasini pirəmbəl tayfasından olan Şötükxan Göyçə oğlu adlı bir nəfərə məxsus ailələr saldığına görə bələ adlanmışdır. Azərbaycan dilinin dialektlarində şötük/şötix "dəvənin belinə bağlanan enli ip, örkən" mənasında işlənir. Oykonim Şotuqlu variantında da qeyda alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 350 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Saltuklu bəyliyi
Saltuklu bəyliyi — Malazgirt müharibəsindən sonra Böyük Səlcuq dövləti komandirlərindən, eyni zamanda adı ‘seyyid’ olan Əbülqasım Saltuk bəyin 1071-ci ildə qurduğu bir Anadolu türk bəyliyi. == Tarixi == Mərkəzi Ərzurum olub. Saltuklular gürcülərlə döyüşərək torpaqlarını genişlətmişlər. Danışməndlilərlə bir olub xristianlara qarşı uğurlu müharibələr etmişlər. Anadolu Səlcuq sultanı Rüknəddin Süleyman Şah gürcülər üzərinə çıxdığı səfərə Saltuk bəyi Alaattin Məlik şahı da dəvət etmişdir. Ancaq Alaattin Məlik şah bu səfərə qoşulmağı qəbul etməyincə, Rüknəddin Süleyman Şah 1202-ci ildə Ərzurumu alaraq Saltuklular bəyliyinin mövcudluğuna son qoymuşdur.