Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şıxyurdu dağı
Şıxyurdu dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3575,7 m). Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı siyenitdiorit, qranosiyenit və qranodioritlərindən təşkil olunmuş yamacları sıldırımlı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.