Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səmədli
Səmədli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Səmədli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Məməli
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Seləli
Seləli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Seləli kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr salmışlar. Keçən əsrin əvvəllərində kəndin adı Siləli, Siləyli kimi də qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində silə içərisində dəri aşılanan ağac kötüyündən düzəlmiş novçaya deyilir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayırdı. Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli seləli tayfasına mənsub olmuşdur.
Semeni
Seseli
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Elşən Səmədli
Seçməli çeşidləmə
Seçməli çeşidləmə (selection sort, rus. сортировка выбором, seçmeli sıralama – çeşidləmə alqoritmi; bu alqoritmə görə öncə massivin qiyməti ən kiçik olan elementi seçilir, sonra növbəti ən kiçik element seçilir və s. Təcrübədə, ən kiçik qiymətli element massivin axtarış aparılan hissəsinin birinci elementi ilə yerini dəyişir və bundan sonra axtarış massivin yerdə qalan hissəsində davam etdirilir. public static int[] selectionsort(int[] numbers){ for (int i = 0; i < numbers.length-1; i++) { int index = i; for (int j = i+1; j < numbers.length; j++) if (numbers[j] < numbers[index]) //Finds smallest number index = j; int smallerNumber = numbers[index]; //Swap numbers[index] = numbers[i]; numbers[i] = smallerNumber; } return numbers; } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 761 s.
Səmədli (Germi)
Səmədli (fars. صمدلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 148 nəfər yaşayır (28 ailə).
Səmədli (Göygöl)
Səmədli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səmədli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 391 nəfər əhali yaşayır.
Sənan Səmədli
Sənan Fikrət oğlu Səmədli (27 dekabr 1997; Yevlax rayonu, Azərbaycan — 30 sentyabr 2020; Dəmirli, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Səmədli 27 dekabr 1997-ci ildə Yevlax rayonunda anadan olmuşdur. Sənan 2005-ci il sentaybr ayında Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2009-cu ildə Yevlax rayon T.Ismayılov adına Kövər kənd tam orta məktəbin 5-ci sinfinə daxil olmuşdur. 2015-ci ildə Yevlax rayon T.Ismayılov adına Kövər kənd tam orta məktəbin məzunu olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri Sənan Səmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Özüyeriyən Artilleriya Taqımının Top Komandiri kimi iştirak etmişdir. Tərtər döyüşlərində vuruşmuşdur. Sənan Səmədli 30 sentyabr 2020-ci ildə Tərtər rayonunun Dəmirli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Vüqar Səmədli
Vüqar Səmədli (20 fevral 1992, Yengicə, Qəbələ rayonu – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Səmədli 20 fevral 1992-ci ildə Qəbələ rayonunun Yengicə kəndində anadan olmuşdur. Qəbələ rayon Yengicə kənd orta məktəbini bitirmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra tikinti sahəsində işləməyə başlamışdır. 2018–2020-ci illərdə Çeçenistanda çalışmışdır. İkinci Qarabağ müharibəsi zamanı Çeçenistan Respublikasından vətənə qayıdaraq könüllü olaraq ordu sıralarına yazılmışdır. == Hərbi xidməti == Vüqar Səmədli 2010–2011-ci illərdə Azərbaycan Sülhməramlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Vüqar Səmədli 2020-ci ilin sentyabrında Çeçenistandan Azərbaycana qayıtmış və Qəbələ Rayon Hərbi Komissarlığına gedərək könüllü yazılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Vüqar Səmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü kəşfiyyatçı olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
İtləri Sevməli
Liçi (məməli)
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Məməli heyvan
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Seseli foeniculum
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Seseli gilliesii
Adi cirəgülü (lat. Pimpinella anisum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü. == Yayılması == Adi cirəgülünün vətəninin Aralıq dənizi sahilləri və ya Yaxın Şərq olduğunu hesab edilsə də hələ də, onun vətəni dəqiq məlum deyil. Bəzi müəlliflər (Dekandol, Kalestani) isə bu bitkinin yabanı əcdadının Anisum creticum olduğunu hesab edirlər. == Sinonimləri == Anisum odoratum Raf. Anisum officinale DC. Anisum officinarum Moench Anisum vulgare Gaertn. Apium anisum (L.) Crantz Carum anisum (L.) Baill. Ptychotis vargasiana DC. Selinum anisum (L.) E.H.L. Krause Seseli gilliesii Hook. & Arn. Sison anisum (L.) Spreng.
Seseli graveolens
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Seseli tortuosum
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.
Səməni (rəqs)
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. == Faydası == Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. == Hazırlanma texnologiyası == Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Yeməli abelmoş
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. == Etimologiyası == Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Yeməli doqquzdon
Yeməli doqquzdon (lat. Lonicera edulis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir.
Yeməli giləzəhər