Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəmərvər
Nəmərvər (fars. نمرور‎) - Şərqi Azərbaycan ostanının Heris şəhristanının Mərkəzi bəxşinin Şərqi Bedustan dehestanında yerləşən kənd.Təbrizin 75 km şərqində, Əhərin 34 km cənubunda və Herisin 18 km qərbində yerləşir.11 avqust 2012-ci il tarixinin zəlzələ vurmuş kəndlərdəndir. 2006-cı il məlumatına görə kənddə 1,167 nəfər yaşayır (300 ailə).
Qəmərvan
Qəmərvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Qəmərvan mərkəzdən 18 km. şimal-qərbdə Bum çayının (Türyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacında salınmış bu kəndin təbiəti kimi insanları da mehriban, gülər üzlü, qonaqsevərdirlər. Bu kəndin tarixi XIX əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və onların müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar. Rayonun digər yerlərindən fərqi odur ki, bu kənd müasir gündə də köçəridir. Qoyunçuluğun artımı olan yerlərdə var-dövlət də çox olur. Kənd camaatı yerli turistlərdən də gəlir götürür. Ecazkar görünüşü olduğundan ilin bütün fəsillərində kəndin qonaqları olur. Yayı kimi qışı da mözücə olan bu diyarı şəhərlilər çox xoşladığından kənd evlərini kirayələyirlər.
Səmərra
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Əmirvar
Əmirvar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. Oykonim "Əmir" (şəxsi ad) və "var" (yer) sözlərindən düzəlib, "Əmirdə var" mənasındadır. Belə güman edilir ki, kəndin ərazisində əvvəllər Əmir adlı şəxsin buğda dəyirmanı varmış, ətraf yerlərdən buğda lazım olanlara "Əmirdə buğda var- Əmirdə var- Əmirvar" olarlaq təkmilləşib. sonralar isə daimi yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qabaqtəpəçayın sahilində, dağətəyi ərazidə yerləşir. Hafiz Kazım oğlu Qasımov Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Əmirvar kənd kitabxana filialı, Əmirvar kənd Mədəniyyət Evi, Əmirvar kənd klubu fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Əmirvar kənd H. Qasımov adına tam orta məktəb və Əmirvar -Əhmədli kənd ümumi orta məktəbləri fəaliyyət göstərir. 2013-cü ildə ərazidə fəaliyyət göstərən məktəblərin hər ikisi yeni tikilərək istifadəyə verilib.
Qəmərvan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səməndar İsmayılzadə
Əmirvar bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əhmədli (Əmirvar, Daşkəsən)
Əhmədli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Əmirvar Əhmədli kənd kitabxana filialı, Əhmədli kənd klubu fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəb fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Əhmədli kənd tibb məntəqəsi yerləşir.
Əmirvar mərmər yatağı