Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərazad (Culfa)
Mərazad (fars. مرازاد‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (86 ailə).
Qışlaq-i Sərabad (Nəmin)
Qışlaq-i Sərabad (fars. قشلاق سراباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (16 ailə).
Səravan
Səravan- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Səravan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,652 nəfər və 10,078 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Sərvabad
Sərvabad- İranın Kürdüstan ostanının şəhərlərindən və Sərvabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,707 nəfər və 955 ailədən ibarət idi.
Sədabad
Sədabad sarayı
Dərabad (Ərdəbil)
Dərabad (fars. دراباد‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (103 ailə).
Sədabad (Bicar)
Sədabad (fars. سعد آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (5 ailə). Əhalisini kürdlər təşkil edir.
Səravan şəhristanı
Səravan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səravan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 147,757 nəfər və 28,218 ailədən ibarət idi.
Sərvabad şəhristanı
Sərvabad şəhristanı- İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərvabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 53,992 nəfər və 12,641 ailədən ibarət idi.
Əsrabad (Meşkinşəhr)
Əsrabad (fars. عصراباد‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 570 nəfər yaşayır (121 ailə).
Sədabad (Dəştistan)
Sədabad — İranın Buşehr ostanının Dəştistan şəhristanının Sədabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,119 nəfər və 1,588 ailədən ibarət idi.
Sədabad bəxşi
Sədabad bəxşi (Farsca: سعدآباد) — İranın Buşehr ostanında olan Dəştistan şəhristanının bəxşlərindən biri. Bəxşin 2006-cı ildə əhalinin siyahıya alınmasına görə əhali sayı 31,928 nəfər və ya 6,772 evdir. Bəxşin mərkəzi Sədabad şəhəridir.
Sədabad müqaviləsi
Səadabad paktı — Türkiyə, İran və Əfqanıstan arasında, 1937-ci il 8 iyul tarixində Tehranda Səadabad sarayında imzalanan dörd tərəfli hücum etməmə paktı. Sərhəd problemlərinin birdəfəlik şəkildə həllini tapması: Pakta üzv dövlətlərin hamısının İranla sərhəd problemi mövcud idi. Həmçinin mövcud sərhəd problemləri səbəbindən xüsusilə Türkiyə-İraq-İran üçbucağında kürd tayfaları sərhəd tanımadan üsyanlar edirdilər. Bu, paktın imzalanmasının ən əhəmiyyətli səbəbidir. Ölkələrin müstəqilliklərini bildirmək istəyi: Müstəmləkə və yarım müstəmləkə dövrlərindən qısa müddət əvvəl xilas olan bu dövlətlərin müstəqilliklərini tanıtdırması son dərəcə vacib idi. İlk dəfə olaraq bu məqsədlə, 1935-ci il 2 oktyabrda Cenevrədə Türkiyə, İran və İraq arasında üç tərəfli müqavilə paraflandı. Bura daha sonra Əfqanıstan da qoşuldu. Daha sonra İraq-İran sərhəd mübahisələrinin həlli (Şəttül-Ərəb uyğunsuzluğu), Türkiyə ilə İran arasında dostluq çərçivəsi daxilində sərhəd problemi daxil olmaqla hər bir sahəni tənzimləyən sazişlərin aktı; 1937-ci il 8 iyul tarixli Səadabad Paktının imzalanmasına imkan vermişdir. Tərəflər; sazişdə ümumi olaraq bir-birilərinin daxili işlərinə qarışmayacaqlarını, ortaq maraqlarına aid olan məsələləri bir-birilərinə danışacaqlarını, bir-birlərinə qarşı hücum etməyəcəklərini və sərhədlərinin qorunmasına hörmət göstərəcəklərini vəd etmişdilər. Ancaq paktın əsas səbəbi olan kürd tayfaları problemi, 7-ci maddəninbu ifadələrində gizlidir: Pakta bağlı olan tərəflərdən hər biri öz sərhədləri daxilində digər bağlı tərəflərin müəssisələrini dağıtmaq, nizam və təhlükəsizliyini sarsıtmaq və ya siyasi rejimini pozmaq məqsədilə silahlı dəstələr, birliklər və ya təşkilatların qurulmasını və hərəkətə keçmələrini əngəlləmək vəzifəsi boyunlarına qoyulurdu.
Sədabad sarayı
Saadabad sarayı (fars. مجموعه سعدآباد‎ Majmue ye Sa’dābād) – Qacar və Pəhləvi şahları tərəfindən tikilmiş 300 hektarlıq saray kompleksi. İranın Tehran ostanının paytaxtı Şemiran şəhərində yerləşir. Hazırda İran prezidentlərinin iqamətgahı bu saray kompleksinə bitişikdir. Kompleksə sahəsi 300 hektardan çox olan təbii meşə, küçələr, kəhrizlər, qalereyalar və muzeylər daxildir Kompleks ilk öncə Qacarlar tərəfindən XIX əsrdə tikilmiş və istifadə olunmuşdur. Daha sonra Rza şah Pəhləvi 1920-ci illərdə burada yaşamış, Məhəmməd Rza Pəhləvi 1970-ci illərdə buraya köçmüşdür. 1979-cu il inqilabından sonra saray kompleksi muzeyə çevrilmişdir. Hazırda kompleksin hissələri muzeydir və turistlər ətrafda dolaşa bilərlər. Saray kompleksi İran Mədəni İrs Təşkilatı tərəfindən idarə olunur. Ölkənin bir çox artefakt, yer və mədəni aspektlərinə nəzarət bu təşkilata məxsusdur.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. == Həyatı == Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Sərhad Məmmədov
Sərhad Məmmədov (28 may 1935, Gərmətük, Lənkəran rayonu – 22 noyabr 2020) — Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi, Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Sərhad Əsəd oğlu Məmmədov 28 may 1933 ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1952-ci ildə Gərmətük qəsəbə orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu plan-iqtisad fakültəsinin kənd təsərrüfatı şöbəsini, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirmişdir. İstefada olan polkovnik-leytenant olmuşdur. Ailəli olmuşdur, 6 övladı var. Sərhad Məmmədovun Respublika Mərkəzi Statistika İdarəsi Lənkəran Rayon Müfəttişliyində tədarük üzrə müfəttiş (1958–1960), rayon komsomol komitəsində təlimatçı (1960–1961), "Albaniya" (Girdəni) kolxozunda (1961–1962), "Lənkəran" çayçılıq sovxozunda iqtisadçı-aqronom (1962–1964), H.Aslanov adına sovxozda baş iqtisadçı (1964–1967), "Lənkəransutikinti" trestində plan-maliyyə şöbəsinin rəisi (1967–1969), H.Aslanov adına sovxoz partiya komitəsinin katibi (1969–1971), şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Aqrar-Sənaye Kombinatında aparıcı mütəxəssis (1987), Lənkəran Sovxoz-Texnikumda müəllim (1987–1990), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləmişdir. 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuş və Mərkəzi Komitənin tərkibinə seçilmişdir. X və XI çağırışlarda (1981 və 1985) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü olmuşdur. Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olmuşdur.
Sefarad
Səfərad yəhudiləri — İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.
Şirabad
Şirabad (Üçkilsə) — İranda Şirabad (Urmiya) — İranda kənd.
Şorabad
Şorabad (Xızı)
Malika Şeravat
Malika Şeravat (Hindcə:मल्लिका शेरावत) əsil adı:Reema Lambha; d. 24 oktyabr 1981, Rohtak, Haryana, Hindistan), Hind model və aktrisa. Ləqəbi "Bollivudun öpüşən kraliçası"dır.
Sebazak-Konkures
Sebazak-Konkures (fr. Sébazac-Concourès, oks. Sebasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Şirabad (Urmiya)
Şirabad (fars. شيراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (40 ailə).
Şirabad (Özbəkistan)
Şirabad (özb. Sherobod) — Özbəkistanın Surxandərya vilayətində şəhər. Termezdən 60 kilometr quzeydə, Şirabad çayının qırağında yerləşir.
Şirabad (Üçkilsə)
Şirabad — İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Adı dəyişdirilərək Parakar qoyulmuşdur.. Yerli tələffüz forması Pərəkər. Şirabad da adlanmışdır XVII əsrin ortalarından mə'lumdur. Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində, Qars və Çorak bölgələrində yerləşən Parqar dağının (inli bu dağ sistemi Barkal adlanır) adındandır. Erməni mənbələrində Parxar dağı kimi XI əsrdən mə'lumdur. Erməni tarixçiləri bu adı ermənicə hesab edirlər, halbuki Orta Asiyada Yuxarı Zərəfşan (Tacikistanda) bir əyalət VIII əsrdə Parqar adlanırdı. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Pyatiqorsk nahiyəsində Perkal dağı, Kuban əyalətinin Maykop dairəsində Barkal xutoru, Dağıstan əyalətinin Qazıqumuq dairəsində Perkaludaq toponimləri ilə mə'naca eynidir. Qars əyalətinin Oltin qəzasında Paragüldağ və Naxçıvan qəzasında Paradaş toponimləri də bu sıraya aid edilə bilər. Ararat vilayətinin hakimi Əmirqunə xanın [1605–1625].
Şorabad (Soyuqbulaq)
Şorabad (fars. شوراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (6 ailə).
Şorabad (Xızı)
Şorabad (əvvəlki adları: Sovetabad; Şurakənd; Şuraabad) — Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Şuraabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi adlandırılmış, Şuraabad qəsəbə inzibati ərazi dairəsi Şorabad qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. XIV-XV əsrlərdə qəsəbə Qılızı, XIX əsrin axırıdan 1925-ci ilə qədər Mikayılabad, 1930-cu ilə qədər Sovetabad, 1930-cu ildən sonra isə Şurabad adını daşıyır. Onların kökündəki "şura" sözü ruscadakı "sovet" sözünün azərbaycancadakı köhnə adıdır. Bu qəsəbənin əsl adı Şorabad olmuşdur. XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi Şorabad kimi qeydə alınmışdır. Sovet hakimiyyəti illərində adı Şuraabad (Sovet kəndi) kimi rəsmiləşdirilmişdir. Şurabad qəsəbəsi qədim tarixə malikdir. Tarixçilərin və yaşlı əhalinin dediyinə görə Şurabad qəsəbəsinin tarixi XII əsrlərə gedib çıxır.
Şərazul (Məlikan)
Şərazul (fars. شرازول‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (47 ailə).
Şəhrizad (roman)
Şəhrizad — Vahid Məmmədlinin bolşevik işğalından sonra vətənpərvər azərbaycanlıların üzləşdikləri faciələr, repressiya illərində məruz qaldıqları əzablı sürgün həyatlarının bədii təcəssümü olan romanı. Roman müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır. Stalinin bolşevik rejimindən öncəki Bakıda təşkil etdiyi bank soyğunları, milyonçu Musa Nağıyevin oğurlanması, qarətlər, Şuşa əsilzadələri Şəhrizad və Talıbın əzablı sevgi hekayətləri və sürgün həyatı, şair Məlik Məftunun, bəy oğlu Məmmədrəsulun, mərd el ağsaqqalı Sibir Qəzənfər və digər obrazların timsalında bolşevik işğalı dövrünün təsirli hekayətində xalqın öz kökündən dönməməsi, namus və milli kimliyin qələbəsindən söhbət açılır. “Gözəlliyə olan sevgi zövq işidirsə, gözəllik yaratmaq incəsənətdir” fəlsəfəsini romanın əsas ideya xəttinə çevirən müəllif Şəhrizadın və xalçaçılıq sənətinin, sevgi və ədəbiyyatın timsalında, qadın və incəsənətin böyük bir qüvvə olduğunu, bu qüvvənin qarşısında Stalinin simasında ən güclü diktatorların da aciz olduğunu təsvir edir.