Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərmayə
== Sərmayə == === Sərmayə və ya kapital və ya anavar === İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. == Kapital == 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Əli İsmayılov (mühəndis-sənayeçi)
Əli İsmayıl oğlu İsmayılov (1 avqust 1948, Ərəfsə, Sisian rayonu – 2 aprel 2022) — "Azneftkimyamaş" ASC-nin Səbail Maşınqayırma Zavodunun İdarə Heyətinin Sədri. == Həyatı == Əli İsmayılov 1 avqust 1948-ci ildə Qərbi Azərbaycanın Sisian rayonunun Ərəfsə kəndində anadan olmuşdur. 1966-cı ildə Naxçıvan şəhərində 1 saylı orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsini mühəndis-geoloq ixtisası ilə bitirmişdir. "Azərmetal təchizat və satış idarəsi"nin Bakı metal bazasında, Volodarski adına maşınqayırma zavodunda müxtəlif mühəndis vəzifələrində, 1984-cü ildən isə həmin zavodun direktoru vəzifəsində işləmişdir. 1992-ci ildən indiyədək "Azneftkimyamaş" ASC-nin Səbail Maşınqayırma Zavodu TASC İdarə Heyətinin sədri vəzifəsində çalışır. Evlidir, üç övladı var. Onun rəhbərlik etdiyi Səbail Maşınqayırma Zavodunun kollektivi 2000-ci ilin noyabrın 20-də "Azərbaycan Respublikasında maşınqayırma sahəsinin təşəkkülü və inkişafındakı böyük töhfəsi, habelə məhsuldar beynəlxalq əməkdaşlığa görə" Avropa Şurası/YUNESKOnun akademik dəyərləndirmə və mobillik üzrə Avropa şəbəkəsi milli informasiya mərkəzlərinin üzvü Beynəlxalq Kadr Akademiyasının "Şöhrət ordeni" ilə təltif olunmuşdur. Əli İsmayılovun özü də yüksək professionalizm, rəqabətədavamlı neft-mədən avadanlığının istehsalının təşkilindəki, habelə müəssisənin sosial sferasının inkişafındakı xidmətlərinə görə 2000-ci ilin noyabrın 20-də Beynəlxalq Kadr Akademiyasının "Səmərəli idarəetməyə görə" qızıl medalı ilə təltif olunmuşdur. Səbail Maşınqayırma Zavodu Ukraynada "Üçüncü minilliyin keyfiyyəti" nominasiyası üzrə "Golden Fortune" (Qızıl Fortuna) "Tanıtım və keyfiyyət üzrə Beynəlxalq Akademiya"nın Gümüş Diplomuna layiq görülmüşdür. Əli İsmayılov 2014-cü ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.