Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İşəgötürən
[mənbə göstərin] İşəgötürən — tam fəaliyyət qabiliyyəti olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İşəgötürən əmək müqaviləsinin tərəfi olaraq, əmək hüquq münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. 15 yaşına çatmış şəxslər işəgötürən ola bilər. BƏT-nın qəbul olunmuş nizamnaməsində, konvensiya və tövsiyələrində işçi-sahibkar terminindən istifadə olunur. Bu termin əmək qanunvericiliyi çərçəvəsində xüsusiləşmə tələb edir. Köhnə postsovet respublikalarında əvvəllər "işəgötürən" anlayışından istifadə olunsada, sonralar bu ümumilləşdirici anlayışdan imtina edilmiş, "müəssisənin, təşkilatın, idarənin müdiriyyəti" və yaxud sadəcə olaraq "müəssisələr, təşkilatlar, idarələr" anlayışı tətbiq edilmişdir. Respublikamızda 1996-cı ildən etibarən normativ aktlarda "işverən" anlayışından istifadə olunmuş, 1998-ci ildən isə başqa şəxsə iş təqdim edən şəxslərin barəsində "işəgötürən" anlayışından istifadə edilməyə başlanmışdır. Əmək qanunvericiliyində işəgötürənlərin vəzifələri, hüquqları, məsuliyyəti nəzərdə tutulmuş və işəgötürənlər bunlara tam riayət etməklə fəaliyyət göstərməlidirlər. İşçilərin hüquqlarını pozan, əmək qanunvericiliyinin tələblərinə əməl etməyən, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb oluna bilərlər. İşəgötürənlərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan müəyyən hüquqları vardır və bu hüquqların həyata keçirilməsinə, işəgötürənlərə vəzifələrini icra etməyə hər cür müdaxilə olunması, manelər yaradılması qadağandır.