Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qabarcıq sıralama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Python dilində implementasiya aşağıdakı kimi olar.
Rina Savayama
Rina Savayama (ing. Rina Sawayama yap.リナ・サワヤマ, 16 avqust 1990) — Yapon əsilli Briyaniyalı müğənni-bəstəkar, model. Yaponiyanın Niiqata şəhərində anadan olub, beş yaşında valideynləri ilə birlikdə Londona mühacirət edib. 2017-ci ildə Rina adlı debüt mini albomunu buraxdı. 2020-ci ildə leybl Dirty Hit ilə müqavilə bağladıqdan sonra o, tənqidi bəyənmələr alan debüt studiya albomu Sayawama-nı buraxdı. Onun ikinci studiya albomu Hold the Girl 2022-ci il sentyabrın 16-da işıq üzü gördü. Musiqi karyerası xaricində Savayama bir neçə moda kampaniyası üçün modellik etdi, filmdə aktrisalıq debütünü Con Vik 4-də etməyə hazırlaşır. Savayama 16 avqust 1990-cı ildə Yaponiyanın Niiqata şəhərində anadan olub. O, beş yaşına qədər orada yaşadı, bundan sonra ailəsi onun böyüdüyü və hazırda yaşadığı Londona köçmək qərarına gəldi. İngiltərədə qalmaq üçün qeyri-müəyyən məzuniyyətə, vizaya malikdir (ILR).
Sıralama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.
Təsadüfi sıralama
Təsadüfi nizamlama və ya Axmaq nizamlama - kompüter elmlərində yalnız təhsil(nümunə) məqsədilə istifadə olunan səmərəsiz nizamlama alqoritmidir. Bir dəstə oyun kartını bu alqortim ilə nizamlamaq istəndiyində, dəstənin sıralı olub olmadığına baxılar, əgər dəstə sıralı deyilsə havaya atılaraq yerə düşən kartlar yenidən toplanır. Bu əməliyyat kartlar sıralanana qədər davam edir.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Hidravlik parçalama üsulu
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər. Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.
Sürətli sıralama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Əlavə etməklə sıralama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.