Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmam Sahibəzzaman
İmam Mehdi (təq. 868, Səmərra, Abbasilər – bilinmir) — On ikinci imam. == Həyatı == Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H.Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir.