Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sahibsiz kölgələr
Sahibsiz kölgələr-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2017-ci ildə nəşr edilmiş romanı. == Ümumi məlumat == “Sahibsiz kölgələr” müəllifin birinci romanı “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrda yazılmışdır. Bu roman bir çox müsbət və mənfi qəhrəmanlarla zəngindir. Əsərin əsas süjet xətti Çoban Zalovla Fəridənin təzadlı məhəbbəti, Şəms, Mərcan və Gülər bacılarının, eləcə də onların nakam arzularının canlanmış formaları olan, eyni adlı üç rəfiqənin həyatı, keçmiş Sovet DTK-sının əməkdaşları olan Süleyman, Sergey və Arsenin bir-biriləri ilə mübarizəsi üzərində qurulmuşdur. Romanda azərbaycanlı alim Tusinin, eləcə də digər obrazların dili ilə bir sıra elmi, fəlsəfi ideyalar,fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə kainatın quruluşu və yaranması, materiyanın, kütlənin əmələ gəlməsi, zaman və məkan haqqında, varolma enerjisi və mövcudluq arasındakı əlaqə və s. məsələlər barəsində yeni, maraqlı ideyalar da yer almışdır. “Sahibsiz kölgələr” romanında bəşəriyyətin qlobal problemləri, erməni riyakarlığı və vəhşiliyi, insan psixologiyasının mürəkkəb mahiyyəti,şəxsiyyətin tərəqqisinə və tənəzzülünə səbəb olacaq amillər haqqında da müxtəlif obrazların vasitəsilə aydınlıq gətirilməyə səy göstərilmişdir. “Sahibsiz kölgələr” əsəri müasir ədəbiyyatımızda Azərbaycan çekistlərinə həsr olunmuş ilk böyük həcmli romandır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Soyurqal sahibi
Soyurqal sahibi – soyurqal mülkiyyəti almış feodal əyan. Hərbi dəstəsi ilə müharibədə iştirak etməyə borclu olan S.s.-nin öz xeyrinə vergi toplamaq, mühakimə etmək və i.a. imtiyazları var idi. Belə sahiblik irsi xarakter daşımışdır. XV yüzillikdə bir çox din xadimləri, şairlər və inzibati vəzifədə çalışanlar da iri s.s.-nə çevrilmişlər.
Ay sərt sahibədir
Ay sərt sahibədir (ing. The Moon Is a Harsh Mistress) — ABŞ yazıçısı Robert Haynlaynın fantastika romanı. İlk dəfə 1965-ci ilin dekabrı və 1966-cı ilin aprelində "IF" jurnalında dərc olunmuşdur. 1967-ci ildə "Ən yaxşı romana görə Hüqo mükafatına" layiq görülmüşdür. == Süjet == "Ay sərt sahibədir" əsərində hadisələr Ayda baş verir. 21-ci əsrdə Ay Terradan (Yerdən) məhkumların göndərildiyi böyük həbsxanadır. Ayda insanlar torpaqsız süxurların üzərində taxıl yetişdirməli və Terraya göndərməlidirlər. Bu olduqca ağır zəhmət tələb edir. Eyni zamanda su faydalı qazıntı kimi ayrıca mədən sənayesidir. Xərclər dayanmadan artır.
Sahibli proqram təminatı
Sahibli proqram təminatı — pulsuz və açıq mənbə proqram təminatı icmasının fikrinə görə, onun yaradıcısına, yayımçısına, digər hüquq sahibinə və ya hüquq sahibi tərəfdaşına müasir müəllif hüququ və əqli mülkiyyət hüququ ilə qanuni inhisar verən proqram təminatı. Bu, alıcını proqram təminatını sərbəst şəkildə paylaşmasının, onu dəyişdirməsinin, proqram təminatından özbaşına istifadə etməsinin (bəzi hallarda, bəzi patent yüklü və istifadə qaydaları ilə əlaqəli proqram təminatında olduğu kimi) və bununla da onların azadlıqlarını məhdudlaşdırmasının qarşısını alır.Sahibli proqram təminatı qeyri-azad proqram təminatının alt çoxluğudur. Bu termin pulsuz və açıq mənbəli proqram təminatından fərqli olaraq müəyyən edilir. CC BY-NC kimi qeyri-kommersiya lisenziyaları mülkiyyət hüququ hesab edilmir, lakin azad deyillər. Sahibli proqram təminatı qapalı mənbəli proqram təminatı və ya mənbədə mövcud olan proqram təminatı ola bilər. == Növləri == == Mənşəyi == 1960-cı illərin sonlarına qədər kompüterlər – böyükhəcmli və bahalı meynfreymlər, xüsusi kondisionerli kompüter otaqlarındakı maşınlar satılmaq əvəzinə, adətən müştərilərə icarəyə verilirdi. Xidmət və mövcud olan bütün proqram təminatı adətən 1969-cu ilə qədər istehsalçılar tərəfindən ayrıca ödənişsiz təmin edilirdi. Kompüter satıcıları adətən müştərilərə quraşdırılmış proqram təminatının mənbə kodunu təqdim edirdilər. Proqram təminatı hazırlayan müştərilər çox vaxt onu pulsuz olaraq ictimaiyyətə təqdim edirdilər.1969-cu ildə ona qarşı antiinhisar məhkəmələri aparılan IBM aparat və proqram təminatını ayırmış, meynfreymn proqram təminatı və xidmətlər üçün ayrıca ödəniş etməyə başlamışdır. Beləliklə, bu, sənaye dəyişikliyinə səbəb olmuşdur.1976-cı ildə Bill Qeytsin "Hobbiçilərə açıq məktub"u kompüter həvəskarlarının proqram təminatının, xüsusən də "Microsoft"un "Altair BASIC" tərcüməçisinin müəllif hüquqlarının geniş şəkildə pozulmasını qınamış və onların icazəsiz formada istifadə olunmasının özünün keyfiyyətli proqram təminatı istehsal etmə qabiliyyətinə mane olduğunu iddia etmişdi.
Kəhram Sahibi nahiyəsi
Kəhram Sahibi nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1. Bəhrivar erm. kəndi (37 ailə) 2. Lök erm. kəndi (10 ailə) 3. Əştərək azərb. kəndi (6 ailə) 4. AĢağı Vartanazor. Kəndin Xəbir məzrəəsi azərb. kəndi (8 ailə) 5.
Torpağın Sahibi (1976)
== Məzmun == Bərdə rayonunda bir kolxoz var. Bu kolxoz təşkil olunandan yerli camaat iki sədr tanıyır-ata və oğul. Ata kolxozu təşkil edib, ayağa qaldırıb. Oğul isə bu gün yaxşı qurulmuş kolxoza rəhbərlik edir. Ata və oğul Ağayevlər xalq inamı və əmək şöhrəti estafetini bir-birinə təhvil vermişlər. Film oğul Hüseyn Ağayevə həsr olunmuşdur. Artıq 25 ildir ki, o çoxsahəli təsərrüfata rəhbərlik edir Torpaq da bu müdrik və təcrübəli insana özünün bütün varını bəxş edir.
Sahibi kimdir? (film, 1988)
== Məzmun == Kinolent yeni təsərrüfatçılıq üsulları haqqındadır. Filmdə əsas obyekt respublikamızın İsmayıllı bölgəsindəki məşhur Kalinin adına kolxozdur. == Film haqqında == Film Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Süleyman Süleymanov, Ş.Hüseynov Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Məsləhətçi: M.Süleymanov == Sponsor == Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Torpağın sahibi (film, 1976)
== Məzmun == Bərdə rayonunda bir kolxoz var. Bu kolxoz təşkil olunandan yerli camaat iki sədr tanıyır-ata və oğul. Ata kolxozu təşkil edib, ayağa qaldırıb. Oğul isə bu gün yaxşı qurulmuş kolxoza rəhbərlik edir. Ata və oğul Ağayevlər xalq inamı və əmək şöhrəti estafetini bir-birinə təhvil vermişlər. Film oğul Hüseyn Ağayevə həsr olunmuşdur. Artıq 25 ildir ki, o çoxsahəli təsərrüfata rəhbərlik edir Torpaq da bu müdrik və təcrübəli insana özünün bütün varını bəxş edir.
50 ilin sahibi (film, 2012)
Ev sahibi və qonaq (poema)
Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması. Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib. == Məzmunu == Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir. Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur.
Şahiddin Əliyev
Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. == Həyatı == Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Şaitdin Əliyev ailəlidir, beş övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının 2010-cu il iyunun 8-dən üzvü, iyunun 10-dan isə sədr müavinidir.Şaitdin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şahidli (Miyanə)
Şahidli (fars. شهيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (5 ailə).
Allah şahiddir (film, 1992)
Allah şahiddir (Rom: Khuda Gawah; film, həmçinin də Allah mənim şahidimdir adı altında da tərcümə edilmişdir) — Mukul S. Anand tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmiş 1992-ci ildə çəkilmiş Hind epik dram filmidir. Əsas rollarda Amitabh Bachchan, Nagarjuna, Sridevi, Shilpa Shirodkar, Denni Denzonqpa, Kiran Kumar çəkilmişdirlər. Filmin musiqisini Laxmikant-Pyarelal bəstələnmişdir. Film Şridevi və Baççanın üçüncü müştərək filmi olmuşdur. Filmdə Badşah Xan Bənazirin atasının qatilini tapmaq üçün Əfqanıstandan Hindistana gedir ki, onu heyran etsin və onunla ailə həyatı qursun. O, bu işdə müvəffəqiyyət qazanır, lakin tezliklə özünü bir cinayətdə ittiham olunmuş və Hindistan həbsxanasında tələyə düşmüş vəziyyətdə görür. == Süjet xətti == Ekran əsəri bir sevgi və şərəf dastanıdır. Kabil şəhərinin qorxmaz Bədşah xanı ilə klan başçılarından birinin qızı Bənazir arasında olan ülvi məhəbbətdən bəhs edir. Bədşahın evlilik təklifinə Bənazir müsbət cavab verir, ancaq bu izdivacın baş tutması üçün bir şərt irəli sürür: əri olmaq istəyirsə mütləq atasının qatili Həbibullanı axtarıb tapıb, onun başını Bənazirə gətirməlidir. Həbibullanın axtarışına çıxan Bədşah yolda qohumları Paşa və Ranbir Sinqhə rast gəlir.