Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaysan saksaulu
Zaysan saksaulu (lat. Haloxylon ammodendron) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Təbii yayılması == Qazaxıstan və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Gövdəsi çox qalın, budaqlı, tünd-boz qabıqlı, açıq-boz çalarlı koldur. Birillik yaşıl budaqları silindrik, sulu təhər, təxminən qara nüvəlidir. Yarpaqları üzbəüz çıxıntılı, küt və ya iti, qoltuqlarda qısa tükcüklüdür. Çiçəkləri çox xırda tək, pulcuqşəkillidir. Çiçəkaltlığı yarpaqların qoltuqlarında qısa budaqlarda yerləşir. Çiçəkyanlığının yarpaqları yumurtavari, şəffaf və ya qıvrım tükcüklüdür. Aprel-mayda çiçəkləyir.