Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saksofon
Saksofon (Sax — ixtiraçının soyadı, yun. φωνή — "səs") — nəfəsli musiqi aləti. Saksofonlar ailəsi 1842-ci ildə belçikalı musiqi sənətkarı Adolf Saks tərəfindən ixtira edilmiş və özü tərəfindən də 1846-cı ildə patentlənmişdir. XIX əsrin əvvəllərindən nəfəsli orkestrdə, ansambla müşayiət edən solo musiqi aləti olaraq və nadir hallarda simfonik orkestrdə istifadə olunur. Caz və ona yaxın digər musiqi janrlarının, eləcə də estrada musiqisinin əsas alətlərindən hesab olunur.Azərbaycanda tanınmış saksofon ustalarından biri də Hüseynağa İbadovdur.
Sakson Qrammatik
Sakson Qrammatik və ya Sakso Qrammatik (lat. Saxo Grammaticus; təq. 1150, Zelandiya – 1220 və ya təq. 1206) — Danimarka salnaməçisi, tarixşünası, teoloqu. O, on altı cildlik xronika olan "Danların əməlləri"nin (lat. Gesta Danorum) müəllifidir. Onun motivləri Uilyam Şekspirin "Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" faciəsində istifadə edilmişdir. Sakson Qrammatikin həyatı barədə demək olar ki, heç bir məlumat yoxdur və ona əsərlərindən kənar edilən istinadların hamısının doğruluğu sual altındadır. "Danların əməlləri" əsərində müəllifin atasının və babasının kral Böyük Valdemarın ordusunda xidmət göstərdiyi, eləcə də müəllifin özünün Müzəffər Valdemara xidmət etdiyi yazılmışdır. Saksonun latın üslublu yazıçılıq barədə hərtərəfli məlumatlı olduğuna görə onun Danimarkadan kənarda təhsil aldığı ehtimal olunur.
Saksonun Danimarka salnaməsi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Saksonun Danimarka tarixi

İda Sakston MakKinli
İda Sakston MakKinli (ing. Ida Saxton McKinley; 8 iyun 1847[…], Kanton[d], Ohayo – 26 may 1907[…], Kanton[d], Ohayo ) - ABŞ Prezidenti Vilyam Mak-Kinlinin həyat yoldaşıdır.
Yuxarı Sakson dairəsi
Yuxarı Sakson dairəsi (alm. Obersächsischer Reichskreis‎) 1512-ci ildə yaradılmış Müqəddəs Roma İmperiyasının imperiya dairələrindən biri. Dairədə Saksoniya kürfürstlüyü və Brandenburq markqraflığı üstünlük təşkil edirdi. Bundan əlavə dairədə Ernestin hersoqluqları və Pomeraniya var idi. 1635-ci il Praqa sülhü ilə Saksoniyaya düşən Luzatiya isə heç vaxt dairəyə alınmadı.
Niderland aşağı sakson dili
Aşağı alman dili (aşağı alman ləhçəsi; Nedderdüütsch, Plattdütsch, Plattdüütsch, Plattdütsk, Plattdietsch, Plautdietsch; alm. Niederdeutsch, Plattdeutsch‎) — Danimarkada olduğu kimi Almaniyanın şimalında və Niderlandın şimal-şərqində yayılan ləhcələr toplusu olan dil. Hind-Avropa dillərinin Alman filialının Qərbi Alman qrupuna aiddir. Fonetik olaraq, ədəbi Alman dilindən çox fərqlidir, lakin Holland dilinə yaxındır (sonuncusu bəzən tərkibinə, Aşağı frank qrupu daxilində daxil edilir). Hal-hazırda ədəbi dil (geniş yayılmamışdır) Almaniya və Niderlandda ayrıca inkişaf edir. Arxeoloq Henrix Şlimanın ana dili idi.