Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekvoya
Sekvoya (lat. Sequoia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Savoya
Savoya (fr. Savoie, oks. Savòia) — Fransanın şərqində yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 73. İnzibati mərkəzi — Şamberi, Subprefekturası isə Sen-Jan-de-Moryen, Albervil. Əhalisi — 421105 nəfərdir (departamentlər arasında 57-ci yer, 2012-ci ilin məlumatları). Departament Fransanın ən dağlıq bölgəsidir (ərazinin 88,4% -i). Onlar əsasən Alp dağlarına aiddir, lakin Savoyun qərbində Yura dağı yerləşir. Departament 1860-cı ildə Savoya hersoqluğu Fransaya qoşulması zamanı yaradılmışdır. XIX əsrin sonlarından etibarən, Savoyada turizm sektoru aktiv şəkildə inkişaf edir.
Həmişəyaşıl sekvoya
Həmişəyaşıl sekvoya (lat. Sequoia sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sekvoya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın dağlıq rayonlarında, Sakit okean sahili boyu ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 m-ə və çətirinin diamteri 8–10 m-ə çatan uzunömürlü (2000 ilə qədər) ağacdır. Sistematik baxımdan bu növ sekvoyadendrona yaxındır. Çətiri ensizdir və budaqlanması gövdənin yuxarısından başlayır. İynəyarpaqları neştərvarıdır, yumşaqdır, budaq üzərində iki cərgədə düzülür. Qozaları kiçik ölçüdədir, ovaldır 2-2,5 sm uzunluqdadır. Hamar, mavi-boz iynəyarpaqlı qısa zoğları sekvoyaya dekorativ görünüş verir. Ağacın qabığı qalın, qırmızımtıl, dərin şırımlıdır.