Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salvartı
Salvartı dağı
Salvartı dağı
Salvartı dağı - Şahbuz rayonu silsiləsində dağ(hünd. 3161,8 m). Salvartı dağı Zəngəzur mahalının Sisian bölgəsinin Ərəfsə kəndi ilə Naxçıvan MR Şahbuz rayonunun Gömür kəndinin torpaqları ilə həmsərhəddir. Salvartı dağının dəniz səviyyəsindən hündürlüyü 3161,8 metrdir. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir çox rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi. Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində zirvə. Gömür kəndindən 7,5 km şərqdədir. Submeridional istiqamətli fay qırılması ilə nəzarət olunan Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Qərb yamaclarında Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurları və Orta Pleystosen yaşlı flüvioqlasial törəmələr açılır.
Salvartı gölü
Salvartı gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində göl. == Haqqında == Salvartı dağının yamacında, 2849 m hündürlükdədir. Sahəsi 3,2 ha, uzunluğu 280 m, ən geniş yerdə eni təqribən 200 m-dir. Müxtəlif mənbələrdən qidalanır. Göldən Salvartı çayı başlanır.
Salvartı çayı
Salvartıçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Salvartı dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçayla, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpüçay (Abuzər) və Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Salvartı çayı Xırdaçayla yanaşı, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpüçay və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.
Sağarçı (Mahnişan)
Sağarçı (fars. ساغرچي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (33 ailə).
Kalqari
Kalqari (ing., fr. Calgary) - Kanadanın Alberta əyalətində şəhər, .
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Kalbarri Milli Parkı
Kalbarri Milli Parkı (ing. Kalbarri National Park) — Qərbi Avstraliya əyalətinində yerləşən milli park. Pert şəhərindən 485 km şimaldadır. Milli parkda uzunluğu 80 km olan Markizon çayı dərəsi yerləşir. Milli parkın sahil zonasının yaxınlığında Kalbarri şəhəri və Markizon çayının mənsəbi yerləşir. Sahil zonası qaya quruluşlarına görə seçilir. Burada ən populyar məşğuliyyətlər ekskursiya, qayıqçılıq, balıqçılıq, piknik və gəzintidir. Milli parkın yaxınlığında Hatt-River virtual dövləti yerləşir. == Coğrafiya == Milli parkda Kalbarri şəhərinin şərqində yerləşən Tumblaquda geoloji abidəsi, Markizon çayı, onun yaratdığı dərə və Meannara təpəsi yaxınlığında yerləşən mənsəbi yerləşir. Sahil zonası külək və su eroziyasına məruz qalmış qaya quruluşlarına ev sahibliyi edir.
I Cüstan (Salari)
I Cüstan (v. 960) — Salarilər sülaləsindən Azərbaycan hökmdarı == Həyatı == Həyatı barədə çox məlumat yoxdur. Hakimiyyəti əsasən anasının kölgəsində və hərəmdə keçmişdir. Vəziri və adaşı Cüstan ibn Şərmzana Urmiya qalasını vermişdi. Cüstan əmisi Vəhsudanın səfiri olaraq gəlmiş vəzir Nuaymini həbs etdirmişdi. Bu da Cüstan ibn Şərmzanın katibi olan Übeydullah ibn Mərzbana pis təsir etdi. Vəzirə şikayət edərək I Cüstanın yerinə qardaşı İbrahimi gətirmək barədə təklif verdi. İbrahim bu təklifə müsbət cavab verərək Urmiyaya, oradan da Marağaya hərəkət edərək sarayı tutdu. Cüstan bu vaxt Bərdədə idi. Ərdəbilə gələrək Nuaymini azad etdiyi barədə xəbər göndərdi, vəzir Cüstan və katibi Übeydullah bu xəbərə sevinib Urmiyaya qayıtmış, İbrahim isə tək qalmışdı.
Mərzban ibn Məhəmməd (Salari)
Mərzban ibn Məhəmməd (v. 957) — Salarilər sülaləsindən ikinci Azərbaycan hökmdarı. == Azərbaycana yürüş == Tarımda doğulmuşdu. Məhəmməd ibn Müsafirin oğludur. 941-ci ildə, qardaşı Vəhsudan ilə birləşərək atası Məhəmməd ibn Müsafiri devirmişdir. Bu vaxt Deysəm ibn İbrahimin vəziri Əbül Qasim Cəfər Məhəmmədə yaxınlaşaraq onu Ərdəbilə dəvət etdi. Mərzban bundan istifadə edərək Azərbaycana hərəkət etdi. Deysəmin deyləmi ordusu həlledici döyüşdə Mərzbanın tərəfinə keçdi və Təbriz, Ərdəbil kimi şəhərlər asanlıqla tutuldu. Əbül Qasim Cəfər isə Mərzbanın vəziri təyin olundu. Cəfər daha sonra Mərzbana xəyanət edib Deysəmi taxta geri qaytarmaq istəsə də ələ keçirildi və bağışlandı.