Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərttüklü boymadərən
Sərttüklü boymadərən (lat. Achillea setacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Sərttüklü ağ akasiya
Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü. Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir. Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz.
Saltuklu bəyliyi
Saltuklu bəyliyi — Malazgirt müharibəsindən sonra Böyük Səlcuq dövləti komandirlərindən, eyni zamanda adı ‘seyyid’ olan Əbülqasım Saltuk bəyin 1071-ci ildə qurduğu bir Anadolu türk bəyliyi. Mərkəzi Ərzurum olub. Saltuklular gürcülərlə döyüşərək torpaqlarını genişlətmişlər. Danışməndlilərlə bir olub xristianlara qarşı uğurlu müharibələr etmişlər. Anadolu Səlcuq sultanı Rüknəddin Süleyman Şah gürcülər üzərinə çıxdığı səfərə Saltuk bəyi Alaattin Məlik şahı da dəvət etmişdir. Ancaq Alaattin Məlik şah bu səfərə qoşulmağı qəbul etməyincə, Rüknəddin Süleyman Şah 1202-ci ildə Ərzurumu alaraq Saltuklular bəyliyinin mövcudluğuna son qoymuşdur.
Sarısulu (Əhər)
Sarılar (fars. ساري سولي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 572 nəfər yaşayır (109 ailə).
Mardin Artuklu Universiteti
Mardin Artuklu Universiteti — Türkiyənin Mardin şəhərində yerləşən dövlət universiteti. == Yaradılması == Universitet 2007-ci ildə yaradılmışdır. Mardin Artuklu Universiteti 5662 saylı "Ali təhsil müəssisələrinin təşkili haqqında" və "Ali təhsil müəssisələrində akademik kadrların ştatları haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanuna və "Ümumi qərargah və Qaydalar haqqında" qanuna əlavə edilmiş cədvəllərə əsasən yaradılmışdır. Universitet 28 may 2007-ci ildə Əhməd Necdet Sezər tərəfindən təsdiq edilmiş 17 yeni universitetdən biridir. == Tədrisi == 2007-2008-ci tədris ilində 83 tələbə ilə dərs başlanılıb. Universitet 2011-2012-ci tədris ilində "Kürd dili və Ədəbiyyatı" üzrə bakalavr proqramına 20 tələbə qəbul edən Türkiyədə bakalavr səviyyəsində kürd dilində təhsil verən ilk akademik qurumdur. 2547 saylı Ali Təhsil Qanununun 13-cü maddəsinə və 22 avqust 2019-cu il tarixli 30866 saylı Prezidentin qərarı ilə 2019-cu il 22 avqust tarixli 30866 saylı Prezidentin Fərmanının 2, 3 və 7-ci maddələrinə uyğun olaraq Mardin Artuklu Universitetinin rektoru Prof. Dr. İbrahim Özçoşar təyin edilmişdir.