Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saronikos
Saronikos (yun. Σαρωνικός κόλπος) — Yunanıstanda körfəz, Egey dənizinin ən böyük körfəzi. Körfəzə giriş şərqdən Sunion burunundan başlayır və cənub-qərbdəki Skileon burununa qədər uzanır. Korinf bərzəxindən şərqdə, Attika və Peloponnes arasında yerləşir. Attika, Meqarida, Korinfiya və Arqolidanın sahillərini yuyur. Korinf kanalı vasitəsilə İon dənizinin Korinf körfəzi ilə birləşir. Körfəzin sahillərində Yunanıstanın ən böyük Pirey limanı, eyni zamanda Meqara və Elefsis kimi əhəmiyyətli şəhərlər burada yerləşirlər. Körfəzdə aktiv gəmiçilik mövcuddur, körfəz sahillərində turizm inkişaf etdirilib. 740 kvadrat kilometr ərazini əhatə edir və girişində eni 10-11 kilometr, daha şimal-qərb hissəsində isə 13 kilometrdir. Attica sahilində Faliron, Vari və Anavisos buxtaları yerləşir.