Hand–Şüller–Kristian xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik.
Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər.
Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.