Devid Senborn
Devid Vilyam Senbor (ing. David William Sanborn; 30 iyul 1945[…], Tampa, Florida, ABŞ – 12 may 2024) Amerikalı caz, saksofon və piano ustası.
== Haqqında ==
Devid Senbornun tam adı Devid Uliyam Senborndur. O, 1945-ci il iyulun 30-da Floridada anadan olmuşdur. Əslində, Devid hələ 3 yaşında olanda musiqi ilə məşğul olmağa başlamışdı, çünki nəfəs alətində çalmaq onun terapiyasının bir hissəsi idi. O, nəfəs alətlərindən məhz alt-saksofonu seçdi, çünki o vaxta qədər radioda tez-tez maraqla dinlədiyi əsərlər məhz bu alətdə səslənirdi. Devidin 18 yaşı olanda o, musiqiçi olmağı qət etdi və bu vaxtdan etibarən ciddi musiqi ilə məşğul olmağa başladı. Əvvəlcə Şimal-Qərb Universitetində, sonra isə Ohayo Universitetində musiqi təhsili aldı.
== İllər keçdi ==
Illər keçdi… Devidin barəsində yazmağa başladılar. Xüsusən Italiyaya gedib, orada kino üçün musiqi ifalarını yazdıranda bu işə xeyli qüvvə sərf etmişdi.