Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
VASXNİL-in avqust sessiyası (1948)
VASXNİL-in 1948-ci il avqust sessiyası (rus. Августовская сессия ВАСХНИЛ 1948 года) — 31 iyul–7 avqust 1948-ci il tarixlərində Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin təsdiqi ilə Trufim Lısenko və onun tərəfdarları tərəfindən təşkil edilən Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) geniş iclası. "Miçurin aqrobiologiyası" ilə klassik genetika arasında qarşıdurmada əsas hadisə hesab edilir. Sessiyada qəbul edilən qərar SSRİ-də biologiya elmlərinin normal inkişafı üçün mənfi nəticələr vermişdir. Klassik genetika diskreditasiya edilmiş, bu tədqiqatlarla məşğul olan alimlər təhsil və elm müəssisələrindən qovulmuş və ya başqa sahələrə köçürülmüşdülər. О положении в биологической науке: Стенографический отчёт сессии Всесоюзной академии сельскохозяйственных наук имени В. И. Ленина, 31 июля — 7 августа 1948 г. (200000 nüs.). М.: ОГИЗ-Сельхозгиз. Ред. коллегия: В. Н. Столетов, А. М. Сиротин, Г. К. Объедков.
Azərbaycan SSR Ali Sovetinin II sessiyası (film, 1939)
Azərbaycan SSR Ali Sovetinin II sessiyası qısametrajlı sənədli filmi 1939-cu ildə Azərfilmdə istehsal edilmişdir. Kinolent respublikamızda Azərbaycan SSR Ali Sovetinin II sessiyasının işi və onun qəbul etdiyi qərarlar haqqındadır. == Məzmun == Kinolent respublikamızda Azərbaycan SSR Ali Sovetinin II sessiyasının işi və onun qəbul etdiyi qərarlar haqqındadır. Burada deputatların Azərbaycanda kiril əlifbasına keçidlə əlaqədar çıxışları verilmişdir.