Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selbasar dağı
Selbasar dağı – Babək rayonu ərazisində dağ (hünd. 914,4 m). Naxçıvan dağarası çöкəкliуinin cənub-şərq alçaqdağlıq hissəsində, Çeşməbasar kəndindən 2,8 km şimalda, Nehrəm su anbarından 1,2 km qərbdədir. Orta Miosenin Konka regiomərtəbəsinə aid Tunbul lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin maili cənub-qərb qanadında yerləşir.
Çayı subasar
İynəada Subasar Meşələri Milli Parkı
İynəada Subasar Meşələri Milli Parkı (türk. İğneada Longoz Ormanları Millî Parkı) — Türkiyənin Kırklareli ilində yerləşən, sahəsi 31,55 km2 olan milli park. Milli park 13 noyabr 2007-ci ildə yaradılmışdır. Milli park Bolqarıstanla sərhəddə yerləşir. Bu ərazi adını İnə bəydən almışdır və bir müddət sonra İynəada formasına düşmüşdür. İynəada Subasar Meşələri Milli Parkı Türkiyənin 39-cu milli parkıdır. Milli parkda bataqlıqlar, subasar meşələr, şorsulu və şirinsulu göllər yerləşir. Milli parkın Qara dənizə çıxış vardır. Ulduz dağlarından Qara dənizə çatan dərələrin əmələ gətirdiyi subasar ərazilər boyunca meşələr uzanır. İynəadanın şimalında Ərikli gölü, cənubunda Mərt gölü yerləşir.
Fərid Şənyaşar
Fərid Şənyaşar (1983, Suruç[d], Şanlıurfa ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Fərid Şənyaşar 1983-cü ildə Şanlıurfa ilinin Suruç ilçəsində anadan olub. İnönü Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. 2010-2018-ci illərdə müəllim olaraq çalışıb. 2019-2020-ci illərdə isə xüsusi təhsil və reabilitasiya müəssisəsində çalışıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır. Fərid Şənyaşarın atası və qardaşı 2018-ci ildə AK Parti deputatı İbrahim Halil Yıldızın qohumları tərəfindən Şanlıurfa ilinin Suruç ilçəsində öldürülmüşdü.
Mehmet Kənan Dalbaşar
Mehmet Kənan Dalbaşar (türk. Mehmet Kenan Dalbaşar; d. 1886, İstanbul, Osmanlı İmperiyası – ö. 1935, İstanbul, Türkiyə) — Türk əsgəri. == Həyatı == Osman Nuri bəyin oğludur. 1900-cu ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1909-cu ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1912-ci ildə oranı kapitan rütbəsi ilə bitirmişdir. == Hərbi fəaliyyəti == Balkan müharibələri, Birinci Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. == Mükafatları == Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.
Məhməd Kənan Dalbaşar
Mehmet Kənan Dalbaşar (türk. Mehmet Kenan Dalbaşar; d. 1886, İstanbul, Osmanlı İmperiyası – ö. 1935, İstanbul, Türkiyə) — Türk əsgəri. Osman Nuri bəyin oğludur. 1900-cu ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1909-cu ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1912-ci ildə oranı kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələri, Birinci Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.