Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sensasiya
Sensasiya – Latın sözü olub "hiss" mənasını bildirir. Hər hansı hadisənin, məlumatın güclü təəsürat yaratması sensasiya deməkdir. Əsl sensasiya tapmaq jurnalistin böyük arzusudur. Əfsus ki, sensasiya qovğasında yalan məlumatlar da olur. Sensasiyalı məlumatlar "utka" termini adı altında tanınır. Termin qısaldılmış NT (latınca non testatur – yəni "yoxlanılmayıb" mənasını bildirir). Ən məşhur jurnalistika "utka"larından biri haqda bir vaxt Rusiyanın "Elm və həyat" jurnalında yazılmışdır. 1835-ci ildə "Nyu York San" qəzeti astronom C. Qerşelin güya ay planetinin sakinlərini gördüyü yazılmışdı. Qəzet uzun müddət öz oxucularına "özgə planetlər" haqda danışırdı. Çoxları bu "utka"ya inanmışdılar.