Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sentinel dağları
Sentinel dağları — Antarktidada yerləşən Minnesota buzlağının şimal hissəsində yerləşən və Elsuort dağlarının şimal hissəsini əmələ gətirən vacib bir dağ silsiləsidir.
Sentinel dili
Sentinel dili — Hindistanın Andaman və Nikobar adalarında olan Şimali Sentinel adasında Sentinellərin qeyri-müəyyənləşdirilmiş dilinə müvəqqəti olaraq verilən bir ad.Sentinel xalqı ilə dünyanın qalan hissəsi arasında əlaqənin olmaması səbəbindən onların dili haqqında çox az məlumat var.
Cənubi Sentinel adası
Cənubi Sentinel adası (ing. South Sentinel Island) — Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Ada 1600 m uzunluğa, 160 ha əraziyə sahibdir. Ada Kiçik Andamanan 26,5 km şimal-qərbdə, Şimali Sentinel adasından isə 59,6 km cənubda yerləşir. Bir mərcan adası olması ehtimal edilir. XIX əsrə aid olan məlumatda, polkovnik Alkok yazır: Adada yaşayış yoxdur. Mayak istisna olmaqla tikili yoxdur. == İdarəetmə == Siyasi cəhətdən Cənubi Sentinel Adası Kiçik Andaman Talukun bir hissəsidir. 2018-ci ildə Hindistan hökuməti turizmi inkişaf etdirmək məqsədilə 29 adanı, o cümlədən Cənubi Sentineli 31 dekabr 2022-ci ilə qədər Məhdud Ərazi İcazəsi (REP) rejimindən çıxardı.
Şimali Sentinel adası
Şimali Sentinel adası— Andaman adalarından biridir, bu adalara, Benqal körfəzində yerləşən Cənubi Sentinel adası da daxildir. Bu ada, şiddətli bir şəkildə dünya ilə əlaqəni rədd edən, dünyada müasir sivilizasiyaya yad olan son insanlar: Sentinel yerlilərinin evidir. Buna görə də, onlar haqqında çox az məlumat məlumdur. Formal olaraq, bu ada, Cənubi Andaman inzibati rayonuna, Andaman və Nikobar adalarının Hind birliyi ərazisinə daxildir. Əslində, Hindistan orqanları, yerlilərin tək başına buraxılma istəyini qəbul edib, ora Sentinelli olmayanların gediş-gəlişini qadağan edib. Beləliklə, adanın Hindistan qorumasında suveren bir ərazi kimi fikirləşmək olar. Şimali Sentinel, Cənubi Andaman adasında Wandoor qəsəbəsinin 36 km (22 mil) qərbində, Port Blairin 50 km (31 mil) qərbində və Cənubi Sentinel adasının 59.6 kilometr şimal tərəfində yerləşir. Bu sahə təxminən 59.67 km2 (23.04 kv. M) və qaba bir kvadrat kimi görünür. Şimali Sentinel mərcan qayalıqları ilə əhatə olunmuşdur və təbii limanlardan məhrumudur.
Lockheed Martin RQ-170 Sentinel
Lockheed Martin RQ-170 Sentinel, Lockheed Martin şirkəti tərəfindən istehsal olunan ABŞ mənşəli və Amerika Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan PUA. 5 dekabr 2011-ci ildə İran üzərində kəşfiyyat aparmağa çalışan zaman bir ədədi İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən xüsusi üsul ilə ələ keçirilmiş və sonralar İran tərəfi bu texnikanın xüsusiyyətləri əsasında Shahed 171 Simorgh adı verdiyi kopyasını istehsal etmişdir.
Sentinellər
Sentinellər — Andaman adalarında yaşayan yerli xalqdır. Benqal körfəzində yeeləşən Şimali Sentinel adasında yaşayırlar. Ada Böyük Andaman adalarınn cənun-qərbində yerləşir. Sivilizasiya ilə əlaqə qurmurlar. Onların bu vəziyyətdə yaşamaları ehtimal ki, 60,000 il davam edir. Onlar hələdə odu əldə edə bilmirlər. Sadəcə odu uzun zaman saxsı qablarda saxlaya bilirlər. Sentinellərin ümumi sayları 40-500 arasında qiymətləndirilir. 2001-ci ildə aparılan siyahıya alınma nəticəsində 39 Sentinel qeydə alınmışdır: 21 nəfəri kişi, 18 nəfəri qadın (say uzaqdan müşahidə edilmə nəticəsində müəyyənləşmişdir). Bu böyük ehtimal ki, reallığı əks etdirmir.
Həmişə səninlə olan bayram
Ernest Heminqueyin 1950-ci illərdə qələmə almış olduğu "Həmişə səninlə olan bayram" avtobioqrafik əsəri onun Paris həyatından, dövrünün görkəmli adamları ilə görüşlərindən, Parisin füsünkar gözəlliyindən bəhs edir. Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbiri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezra Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür. Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilə geri alırsan.
Mən həmişəlik səninəm (film, 1999)
"Mən həmişəlik səninəm" (ing. Straight From the Heart) — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi. Hindistanda istehsal olunmuş ən bahalı filmlərdən biri. Cavan İtalyan musiqicisi Samir öz anasının vətəni Hindistana gələrək klassik musiqi dərsi keçmək fikrindədir. Burada o öz müəlliminin evində qalır və onun gözəl qızı Nandiyə vurulur. Bundan xəbər tutan Nandinin atası Darbara istedadlı tələbəsi olan Samirin onun evini tərk etməyi tələb edir və qızını tələsik tanınmış və varlı ailədən olan cavan hüquqşünas Vanraca ərə verir. Nandi ilə Samirin məhəbbətindən xəbər tutan Vanrac Nandiyə olan məhəbbətini boğaraq bu iki gənci qovuşdurmağa qərar verir... Film aktrisa Ayşvariya Rayin çəkildiyi ən uğurlu filmlərdən biridir. Filmfare Awards]2000 Filmfare Award — ən yaxşı film Filmfare Award — ən yaxşı rejisor (Sancay Lila Bhansali) Filmfare Award — ən yaxşı qadın rolu (Ayşvariya Ray) Filmfare Award — ən yaxşı musiqi vokalı (Udit Narayan) Filmfare Award — film üçün ən yaxşı musiqi (Ancan Bisvas) Hindistanın Milli Konomükafatı 2000 IIFA Award 2000 Screen Weekly Awards 2000 Ən yaxşı qadın rolu(Ayşvariya Ray) Ən yaxşı rejissor (Sancay Lila Bhansali) Ən yaxşı film 'Zee Cine Awards 2000 Ssenari müəllifi : Sancay Lila Bhansali Rejissor : Sancay Lila Bhansali Operator : Anil Mexta Prodüser : ancay Lila Bhansali Bəstəkarlar : Ancan Bisvas Навеки твоя — Internet Movie Database saytında.