Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seqreqasiya
Seqreqasiya (lat. segregatio — ayrılma) — əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması siyasəti. О dini və irqi diskriminasiyanın bir forması kimi qəbul edilir. De-yure və de-fakto seqreqasiyaları vardır. De yure seqreqasiyaları orta əsrlərdə və yeni zamanda alman və anqlisakson ölkələrində, həmçinin Böyük Britaniya və Almaniya müstəmləkələrində, ABŞ-də, CAR, İrlandiya, Baltikyanı ölkələrdə geniş yayılmışdı. XX əsrin ortalarından insan hüquqları uğrunda hərakat genişləndikdən sonra o ləğv edildi. Ancaq seqredasiyanın de yure mövcud olduğu ölkələrdə hələ də məişət səviyyəsində dil, din və irqə görə qalmaqdadır və yeni formalar alır. Məsələn, ABŞ-də təhsil sahəsində seqreqasiya hələ də qalmaqdadır. Həmçinin, yeni fenomenlər: hiperseqreqasiya, reseqreqasiya və s. yaranmaqdadır.
Aqreqasiya
AQREQASİYA (yun. aggrego – birləşdirirəm) — müxtəlif və eyni canlı orqanizmlərin bir yerə toplanması (yığılması). Heyvanlar (həşəratlar, balıqlar, quşlar, müxtəlif məməlilər) aqreqasiyadan yem əldə etmək, yırtıcılardan və əlverişsiz mühit şəraitindən mühafizə olunmaq üçün istifadə edirlər == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384. Q.Ş.Məmmədov, M.Y.Xəlilov. Ekoloqların məlumat kitabı. Bakı, “Elm”, 2003, s. 5 – 37.