Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seysmoqram
Seysmoqram — seysmometrlər Yerdə baş verən titrəyişləri seysmoqram şəklində yazırlar. Seysmoqramlar sakit halda soldan sağa uzanan bəzən düz, çox hallarda isə dalğavari xətlərdən ibarətdir. Seysmik dalğaların təsiri ilə əmələ gələn titrəyişlərin alət üsulu ilə müşahidəsi metodlarının işlənib-hazırlanması ilə seysmologiyanın Seysmometriya bölməsi məşğul olur. Yerdə baş verən zəlzələlər seysmik titrəyişlər zamanı qrunt hissəciklərinin yerdəyişmələrini yazan seysmoqraflar vasitəsi ilə qeyd olunurlar. Bu titrəyiş yazılarının özü seysmoqram adlanır. Zəlzələni qeyd edən ilk cihaz 132-ci ildə Çin alimi Çjan Xen tərəfindən düzəldilmişdir. Bu cihaz yalnız əsas təkan istiqamətini təyin etməyə imkan verirdi. Həmin cihaz quruluş etibari ilə hər birinin ağzında diyircək olan çoxbaşlı əjdaha şəkilində düzəldilmişdi. Cihazın qoyulduğu özülün titrəyişləri zamanı diyircəklər aşağı düşərək seysmik dalğanın gəlmə istiqamətini göstərirdi. Seysmik dalğaları yazan ilk seysmoqraflar XIX əsrin 90-cı illərində meydana gəlmişdir.