Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sideratlar
Sideratlar, (frans. sideration) yaşıl gübrə – yaşıl gübrə üçün yetişdirilən bitkilər, torpağı üzvi maddə və azotla zənginləşdirmək məqsədi ilə şum zamanı torpağa basdırılan yaşıl bitki kütləsi. Acı paxla, narınc, payızlıq çöl noxudu, xaşa, lərgə, yonca və s. kimi paxlalı bitkilər Sideratlar adlanır. Sideratlar torpağın fiziki-kimyəvi xüsusiyyətlərini yaxşılaşdırır. Şum qatını üzvi maddələr, azot, kökyumrusu bakteriyaları, həmçinin başqa qida elementləri ilə zənginləşdirir, torpağın məhsuldarlığını artırır.
Hidratlar
Hidratlar — Bunlara təbii qaz molekulları, adətən, buz molekullarında tutulan metan qazı molekulları aid edilir. Hidratlar aşağı temperatur və yüksək təzyiq şərtləri altında boru kəmərlərində və qazın texnoloji emal edildiyi qurğularda əmələ gələ bilir. Hidratlar boru kəmərlərini tıxaclaya və hasilat əməliyyatlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilir.