Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şinəbənd
Şinəbənd — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 624 nəfərdir. Yaşayış məntəqəsi adını ərazidəki yüksəklikdən almışdır. Yüksəkliyin adı isə talış dilindəki şin (qum) və band (dağ, təpə) sözlərindən ibarət olub (-ə mənsub, bildirir), “qum dağı, qumlu dağ” mənasındadır. Şinəbənd kəndi Lerikdən təxminən 5 km məsafədə dağətəyi ərazidə, təbiətin gözəl bir guşəsində, Orand - Nuravad yolunun üzərində yerləşir.Kənddə 1 məktəb, 1 kitabxana və 1 klub fəaliyət göstərir. Kənddə Şinəband kənd məscidi dini icması fəaliyyət göstərir.