Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neftlə çirklənmiş torpaqlar
Neftlə çirklənmiş torpaqlar - neftin, qazın çıxarılması, nəqli və emalı nəticəsində münbit torpaq qatı neftli tullantılarla çirklənmiş, pozulmuş və basdırılmış neft mədən yerləridir. Neftli tullantılarla çirklənmiş yerlər ən çox buruq ətrafı istismar meydançalarında rast gəlinir və burada geniş ərazini əhatə edir. Neft mədəni yerlərində neft yataqlarının istismarı zamanı torpaqların səthinə uzun müddət ərzində tökülən neft və neftli axar suların torpaqların səthində toplanması və profil çatlar üzrə aşağıya doğru miqrasiyası ilə neftlə çirklənmiş torpaqlara məxsus profilin morfologiyasıdır. Torpaqların səthinə tökülən neft kütləsi torpaq səthinin kələ-kötür olduğu üçün üfuqi istiqamətdə axını ləngiyir və nəticədə torpağın səthində müəyyən zaman ərzində və müəyyən qalınlıqda aşağıdakı sxem üzrə örtük əmələ gəlir. Mazutlaşmış-bitumlaşma-takırlaşmış bitum. Digər tərəfdən torpağın səthinə tökülən neft kütləsinin çox hissəsini torpaqların profilində aşağıya hərəkət etməklə neftogen torpaq profilinin formalaşmasına səbəb olur. Fitоmeliоrasiya – bitki örtüyünün köməyi ilə ixtiyarı ərazinin təbii şəraitinin köklü dəyişdirilməsi üçün tətbiq оlunan tədbirlər sistemidir Bu istiqamətdə həyata keçirilən işlər nəticəsində ərazinin tоrpaq, iqlimi, hidrоlоji, biоlоji şəraiti yaxşılaşdırılmaqla, bütöv fiziki-cоğrafi kоmpleksə müsbət təsir göstərmək mümkündür. Təbii şəraitə biоlоji təsir göstərməklə оnda baş verən xоşagəlməz halların qarşısını almaq istiqamətində ilk elmi tədqiqatların aparılmasında V.V. Dоkuçaevin, P.A. Kоstiçevin, A.I. Vоyeykоvun, K.A. Timuryazevin və başqalarının böyük rоlu оlmuşdur. XIX əsrin оrtalarına kimi Azərbaycanın əksər bölgələrində təbii landşaft kоmpleksi özünün ilkin antrоpоgendən əvvəlki fоrmalarında mövcud оlmuşdur. Xüsusən dağ və düzən ərazilərdəki meşə örtüyü, yay və qış оtlaqları təbii-tarixi strukturlarını qоruyub saxlamışdır.
Çirklənmiş torpaqların monitorinq növləri
Çirklənmiş torpaqların monitorinq növləri- spesifik torpaq-ekoloji monitorinqin növləri Nəzarət edilən mühitin tipinə görə, çirkləndirici maddələrin yayılma mexanizmi və məsafəsinə görə torpaqların çirklənməsinin ekoloji monitorinq növlərini ayırırlar. Təbii mühitin spesifik xüsusiyyətləri ilə əlaqədar olaraq biotik və abiotik monitorinq fərqləndirilir (Y.A.İzrael, 1984). Çirkləndirici maddələrin yayılma qanunauyğunluğuna müvafiq olaraq monitorinq-lokal, regional və qlobal səviyyələrə ayrılır(İ.P.Qerasimov, 1975). Sanitar-gigiyena və ya impakt monitorinq də adlandırılır. Torpaqların sanitar vəziyyəti dedikdə, yoluxma və gigiyena cəhətdən torpaqların keyfiyyətini və təhlükəsizlik dərəcəsini müəyyən edən fiziki-kimyəvi və bioloji xassələrinin məcmusu başa düşülür. O, konkret müəssisələrin tulladığı çirkləndirici maddələrin ətraf mühitdə miqdarına nəzarət edilməsinə yönəldilmişdir. Birinci növbədə real şəraitdə həmin çirkləndirici maddələrə daha çox həssas olan təbii mühitə nəzarət edilir. Əgər tullantılar suya atılırsa-suların nəzarəti, atmosferə atılırsa-havanın nəzarəti aparılır. Ətraf mühitin hər hansı bir çirklənmə halında torpaqlar analiz olunur. Çirkləndirici maddələrlə əlaqədar olan, istər ekoloji təhlükənin əvvəlcədən müəyyən edilməsi, istərsə də onların toplanma qanunauyğunluğunun üzə çıxarılması çox mühümdür.