Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astiqmatizm
Astiqmatizm – gözün refraktiv gücündə fırlanma asimmetriyasından qaynaqlanan qırılma qüsurunun bir növüdür. Bu, istənilən məsafədə təhrif və ya bulanıq görmə ilə nəticələnir. Bu, gözün optik sisteminin defekti, gözün şüasındırma qüvvəsinin əsas meridianlarda eyni olmamasıdır. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri-sferik olmasıdır, yəni ki, əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şusındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma qüvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadangəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur.
Doqmatizm
Doqmatizm alm. Dogmatismus; fr. Dogmatisme; ing. Dogmatism; osm. tr. nassiye; ər. صٔ خٍ ; dogmatisme] – Doqmatizm - ehkamlara, dəyişməz anlayışlara, dəqiq şərtləri nəzərə almayan düsturlara söykənən, həqiqətin konkretlilik prinsipini rədd edən idrak metodudur.Doqmatizm hansısa düşüncə başlanğıclarını aksiom kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə bağlı bütün doğruların yalnız onların üstündə durmasına inanmaqdır. Doqmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi təfəkkür; ehkamçılıq. Doqma [alm. Dogma; fr.
Maqmatizm
Maqmatizm (rus. магматизм, ing. magmatism) — hərəkətverici qüvvəsi maqma və onun törətdiyi bütün geoloji proseslərin məcmusu; əsasən effuziv (vulkanizm) və intruziv (plutonizm) formada təzahür edir. Başlanğıc maqmatizm, Stille, 1940 - qalın sualtı vulkanogen süxur qatları (spilit-diabaz, andezit, kvars-keratofir formasiyaları) və intruziv formasiya seriyaları (hiperbazit, qabbro-plaqioqranit, qabbro-sienit formasiyaları) ilə səciyyələnən maqmatizm. Başlanğıc maqmatizm əsasi, ultraəsasi tərkibli maqma və onun turş diferensiatları xasdır. Evgeosinklinallar və qırışıqlıq vilayətlərin tipik zonalarının ilkin yaranma mərhələlərində geniş inkişaf etmişdir. Sinonim: İnsial maqmatizm. Maqmatik fəallaşma sahələrində təbii hadisələrdən daha çox vulkanlara, zəlzələlərə və iqlim dəyişmələrinə rast gəlinir. Belə sahələrdəki sularda, xüsusən yeraltı suların yuvenil növlərində Cl elementinin miqdarının yüksəlməsi müşahidə edilir. Maqmatik fəallaşma mərhələləri yer qabığında vulkanların fəaliyyəti ilə də müşayiət oluna bilər.