Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gizlilik
Gizlilik (lit. privatus) — fərdin və ya bir qrupun özlərini və ya özləri haqqındakı məlumatları ayırma qabiliyyəti və beləcə özlərini ifadə edərkən seçici olmalarıdır. Sərhədləri və qəbul edilir məzmunu mədəniyyətlər və fərdlər arasında fərqlilik göstərər ancaq bəzi ortaq mövzular paylaşılmaqdadır. Hər hansı bir şey gizli olduğunda, təbii olaraq adama xüsusi və ya həssas bir vəziyyət var deməkdir. Mahrumiyyət sahəsi məlumatların qorunması və fərdi sahəyə girilməməsini tələb etdiyindən təhlükəsizliklə üst-üstə düşməkdədir.
İrsilik
İrsilik (ing. inheritance, rus. наследование, türk. kalıtım) — obyekt-yönlü proqramlaşdırmada: müəyyən xassələrın sinifdən onun törəmələrinə verilməsi. Məsələn, əgər "tərəvəzlər" sinfinin "yaşıl" və "sarı" xarakteristikaları varsa, onların hər ikisi "tərəvəzlər" sinfinin törəmələrinə – bar, yarpaqlar, yeməlilər və s. veriləcək. Ümumi anlamda irsilik, müəyyən xassələrin ana proqramdan və ya prosesdən yerinə yetirilmək üçün çağrılan başqa modullara ötürülməsi prosesinə də aid edilir. Bu halda irsən alınmış xassələrə ana proqram mühitinin bir, yaxud bir neçə xassəsi və ya özəlliyi (məsələn, artıq açılmış fayllar) aid olur. Aşağıdakı nümunədə Form sinfindən "açıq-aşkar" ("publicly") irsən alınmış Circle sinfi verilib. Yeni Circle sinfi area atributunu təməl Form sinfindən irsən alıb (area atributu dolayı yolla Circle sinfinin atributudur), ancaq ona birbaşa müraciət edə bilməz.
Birillik bitkilər
Birillik bitkilər — Bu tip bitkilər Ontogenez xüsusiyyətinə malik olaraq toxumdan bitir və çiçəkləmə dönəmoni keçirir. Bundan sonra isə bir canlı olaraq ölür. Birillik bitkilərə misal kimi — noxud, gül kələmi, şüyüd, keşniş və bir sıra alaq və tərəvəz bitkiləri bu qəbildəndir. Bəzi növlərin çiçəklətindən dekarativ məqsədlər üçün istifadə edilir. Bu qəbildən olan ot bitkiləri isə vegetativ yolla çoxalmırlar. Botanik ədəbiyyatda birillik bitkiləri Günəş rəmzi ilə göstərilir. == İstinadlar == == Ədəbiyyat == Peter Sitte, Elmar Weiler, Joachim W. Kadereit, Andreas Bresinsky, Christian Körner: Lehrbuch der Botanik für Hochschulen. Begründet von Eduard Strasburger. 35. Auflage.
Birillik istiot
Birillik süpürgəgülü
Birillik süpürgəgülü (lat. Xeranthemum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin süpürgəgülü cinsinə aid bitki növü.
Birillik xırdaləçək
Birillik xırdaləçək (lat. Erigeron annuus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Birillik zümrüdçiçəyi
Gizlilik prinsipi
Bu prinsipin rəsmi versiyası Wikimedia:Privacy policy (azərbaycanca tərcüməsi) ünvanında yerləşir. meta:talk:Privacy policy (azərbaycanca tərcüməsinin müzakirəsi) səhifəsində sullarınızı verə və mövzu ilə bağlı müzakirələri oxuya bilərsiniz.
Birillik zöhrəotu
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.
Gizlilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. == Tarixi == 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
İrsilik kodu
Dirilik Suyu (1991)
Dirilik suyu (film, 1991)
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. == Məzmun == Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.