Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Steroidlər
Steroidlər — bitki və heyvanlar aləmində çox yayılmış olan və fizioloji cəhətdən olduqca əhəmiyyətli maddələrdir. Onlar həyati proseslədə çox böyük rol oynayır və dərman kimi işlədilir. Steroidlər-sterinlər, cinsi hormonlar, öd turşuları, ürək qlikozidləri və başqa siniflərə ayrılır. Kimyəvi quruluş etibarilə Steroidlər bir-birinə yaxın birləşmələrdir. Üç altıtaqımlı halqa ilə bir beştaqımlı halqanın aşağıda göstərilən bitişmə məhsulu və ya 1,2-tsiklopentenhidrofenantren, Steroid birləşmələri molekullarının əsasını təşkil edir. Steroidlərin çoxünda 3-cü karbona hidroksil, 10–13-cü karbonlara iki metil qrupu, 17-ci karbona isə başqa alkil qrupu və ya oksigenli yaxud azotlu radikal birləşmiş olur. Bundan əlavə, Steroidlərdə bir və ya bir neçə ikiqat rabitənin varlığı, habelə optik izomerlik və müxtəlif sis, trans formalar, onların cürbəcür izomerlər şəklində olmasını təmin edir. Steroid siniflərindən biri sterinlərdir. Sterinlər öz mənşələrininə görə zoosterin (heyvan orqanizmlərində), fotosterin (bitkilərdə), mikosterin (kiflərdə) olmaqla üç yerə bölünür. Zoosterinlərin əhəmiyyətli nümayəndəsi xolesterindir.
Termitlər
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.