Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Strenql
Strenql —call və put opsionlarının eyni səhmlərə eyni bitmə müddətilə, lakin fərqli icra qiymətlərilə alqı-satqısıdır. === Misal === Call – opsionun icra qiyməti hər səhmə 350 rubl, mükafat 3 rubl. Eyni səhmlərə put-opsionun icra qiyməti hər səhmə 320 rubl, mükafat 7 rubl. Opsionların icra müddəti 60 gün sonradır. Əgər 60 gün sonra səhmlərin məzənnəsi 340 rubl olarsa, o zaman opsionların alıcısı onların icrasından imtina edəcəkdir. Onun ziyanı ödənmiş mükafatın həcminə, yəni 3+7=10 rubla bərabər olacaqdır. Əgər 60 gün sonra səhmlərin məzənnəsi 370 rubl olarsa, o zaman opsionların alıcısı call-opsionu icra edəcəkdir. Onun gəliri : 350 (call-opsionun icrası)+370 (səhmlərin fond bazarında satışı) – 10 (ödənmiş mükafat)= hər səhmə 10 rubl olacaqdır. İki müxtəlif opsionun eyni səhmlərə eyni vaxtda alınıb satılması maliyyə itkilərindən sığorta vasitəsi və sövdələşmələrdən gəlir əldə edilməsi mənbəyi rolunu oynayır.