Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hans-Yurgen Ştumpf
Hans-Yurgen Ştumpf (alm. Robert Ritter von Greim‎; 15 iyun 1889, Kolobjeq, Prussiya – 9 mart 1968, Frankfurt-Mayn, Hessen) — alman pilot, hər iki dünya müharibəsinin iştirakçısı, 26 aprel-24 may 1945-ci ildə Lüftvaffenin nümayəndəsi, aviasiya general-polkovniki (19 iyul 1940). == Həyatı == Hans-Yurgen Ştumpf 1907-ci il aprelin 1-də fanen kursantı kimi 12-ci Qrenadyor alayına daxil olub. 1908-ci il noyabrın 19-da o, isə leytenant rütbəsi alıb. 1912-ci ildə Şpandaudakı silah zavoduna göndərilib. Ştumpf 1912-ci il oktyabrın 1-dən — 12-ci Qrenadyor alayında batalyon adyutantı kimi xidmət edib. Ştumpf Birinci Dünya müharibəsi iştirakçısıdır. O, müharibənin ilk vaxtlarında, 1914-cü il avqustun 24-də ağır yaralanır. 1914-cü il sentyabrın 1-dən öz alayının ehtiyat taborunun taqım komandiri, 1915-ci ilin yanvar-may aylarında 254-cü ehtiyat alayının taqımında xidmət edib. Hans-Yurgen Ştumpf 1915-ci il mayın 20-dən — 187-ci piyada briqadasının adyutantı olub.
Grumpy Cat
Grumpy Cat (azərb. «Deyingən pişik»‎, əsl adı — Tardar Sauce (ing. Tardar Sousu) — qeyri-adi görünüşü nəticəsinə internet-memə çevrilmiş pişik. 2012-ci ilin sentyabr ayında pişiyin sahibəsinin qardaşı onun fotosunu Reddit saytında paylaşır. Sahibə Tabata Bundesenin dediyinə görə, belə görünüş anadangəlmə cırtdanlıq və dişlərlə bağlıdır. Pişiyin adı Tartar sousundan götürülmüşdür. Bu onunla bağlıdır ki, pişiyin tükü əvvəldən qara ləkələrlə örtülü idi. Tabatanın qızı Kristal bunu tartar sousuna bənzətdi. Tardar Sousu sözü səhv şəkildə yazılmışdı ("tartar" sözündə səhv), buna baxmayaraq onu dəyişməməyi qərara aldılar. == Məşhurluq == Pişiyin məşhurlaşmasından sonra onun sahibi Facebookda səhifə yaratdı.
La Stampa
La Stampa — 1867-ci ildə yaranan İtaliya qəzeti.
Oskar Stumon
Oskar Stumon (fr. Oscar Stoumon; 20 avqust 1835, Lyej, Valloniya[d] – 25 fevral 1900, Brüssel) — Belçika bəstəkarı, musiqi tənqidçisi, dramaturqu və teatr rejissoru. Oskar Stumon baletlər üçün musiqi bəstələmiş, Brüssel Kral Konservatoriyasında dərs demiş və Eduard-Fortyune Kalabrezi ilə birlikdə "La Monne" teatrına rəhbərlik etmişdir (1875–1885 və 1889–1900).
Bavan (Sumay-i Cənubi dehistanı)
Bavan (fars. باوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.040 nəfər yaşayır (181 ailə).
Həsənabad (Sumay-i Şimali dehistanı)
Həsənabad (fars. حسن اباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 372 nəfər yaşayır (61 ailə).
Kanespi (Sumay-i Cənubi dehistanı)
Kanespi (fars. كانسپي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (39 ailə).
Mamakan (Sumay-i Şimali dehistanı)
Mamakan (fars. ممكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.457 nəfər yaşayır (245 ailə).
Mirabad (Sumay-i Şimali dehistanı)
Mirabad (fars. ميرابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (49 ailə).
Məstəkan (Sumay-i Şimali dehistanı)
Məstəkan (fars. مستكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 575 nəfər yaşayır (116 ailə).
Qəsrik (Sumay-i Cənubi dehistanı)
Qəsrik (fars. قصريك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 524 nəfər yaşayır (93 ailə).
Xanik (Sumay-i Şimali dehistanı)
Xanik (fars. خانيك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (47 ailə).
Yengicə (Sumay-i Şimali dehistanı)
Yengicə (fars. ينگجه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 474 nəfər yaşayır (91 ailə).
Şumpey İnoue
Şumpey İnoue — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şumey Okava
Şumey Okava (大川 周明, Okava Şumey, 6 dekabr 1886, Sakata[d], Yamaqata prefekturası – 24 dekabr 1957, Tokio[d]) – Yaponiya milliyətçisi, aktivisti, panasiyanist yazıçısı. Yaponiyada bir sıra milliyətçi təşkilatlar yaratmışdır. O, müttəfiqlər tərəfindən "yapon Gebbels" adlandırılmışdır. == İlk illəri == 1886-cı ildə Yaponiyanın Yamaqata prefekturasında tanınmış həkim ailəsində doğulmuşdur. Kumamotoda yerləşən Beşinci liseydə təhsil almışdır. Lisey illəri zamanı xristianlıqla yaxından maraqlansa da, özü heç vaxt xristian olmamışdır. Okava Tokio Universitetində Qərb dünyasının dinləri üzrə təhsil almışdır. Universitet illərində Seyiçi Hatano və Cunciro Takakusu kimi professorlardan dərslər almış, Fridrix Şleyermaxerin yazılarından təsirlənmiş, hind fəlsəfəsi ilə maraqlanmışdır. 1911-ci ildə universitetdən məzun olduqdan sonra Tokioda qalaraq ordu üçün tərcüməçi kimi işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == Okava Henri Kottonun "Yeni Hindistan" (1885) əsəri ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlamışdır.