Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağınıq suincilosu
Gövdəsi 150 sm-ə qədər uzunluqda, nazik, çılpaq olan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları açıq-yaşıl rənglidir, nazikdir; yarpaq ayasının uzunluğu 3–4 sm-dir, üçqat-üç hissəyə bölünmüş tükşəkilli payları vardır. == Çiçək == Çiçəklərinin diametri 8–10 mm-dir. Çiçək saplağı yarpaqlardan uzun və ya ona bərabərdir. Ləçəkləri əksinəyumurta-şəkillidir, ağ rənglidir, demək olar ki, kasa yarpaqlarından iki dəfə uzundur. == Meyvə == Meyvələrinin sayı 15–30 ədəddir, yuxarı hissədə bozumtul-cod tüklüdür. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. Oval. Ovalıqdan yuxarı dağ qurşağına qədər.