Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sukəsən
Sukəsən (lat. Rynchops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Sukəsənlər
Sukəsən (lat. Rynchops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Ağkəsən
Ağkəsən — Qax rayonu ərazisində dağ. Ağkəsən — Şəki-Zaqatala rayonları ərazisindən axan çay.
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Susəpən bayramı
Susəpən bayramı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ordubad bölgəsində yayın girməsi ilə əlaqədar keçirilən bayram mərasimi Xalq təqviminə uyğun olaraq Azərbaycan xalqının qışın və yazın qarşılanması üçün mərasim (çillə) və bayram (Novruz) qeyd edərlər. Son dövrün araşdırmalarından və toplanmış etnoqrafik çöl materiallarından məlum olur ki, Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli “Susəpən” mərasimi qeyd edilərdi. İyun ayının 21-də yazın bitib, yayın girdiyi gün Ordubad bölgəsində Gilançay vadisinin yuxarı hissəsində “Susəpən” adlı mərasim keçirirdilər. Mərasim zamanı ətraf kəndlərin insanları da şənliyə qoşulardı. Mərasimdə bu bölgənin əhalisi səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini, Qara piri ziyarət edirdilər. Ziyarət üçün əvvəlcədən hər cür hazırlıq işləri görülürdü. İnanc yerlərinə gedərkən yol boyu insanlar bir birinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra insanlar Gəmiqayaya abidəsinə doğru üz tutardılar. Əsl şənliklər burda başlanılırdı. Xüsusi bayram yeməkləri hazırlanır, at yarışları, yallı və s.
Səksən altı
Səksən altı — say sistemində ədədlərdən biridir. Səksən beşdən sonra, səksən yeddidən əvvəl gəlir. Səksən altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən beş
Səksən beş — say sistemində ədədlərdən biridir. Səksən dörddən sonra, səksən altıdən əvvəl gəlir. Səksən beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən bir
Səksən bir — say sistemində ədədlərdən biridir. Səksəndən sonra, səksən ikidən əvvəl gəlir. Səksən bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən doqquz
Səksən doqquz — say sistemində ədədlərdən biridir. Səksən səkkizdən sonra, doxsandan əvvəl gəlir. Səksən doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən dörd
Səksən dörd — say sistemində ədədlərdən biridir. Səksən üçdən sonra, Səksən beşdən əvvəl gəlir. Səksən dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 7, 12, 14, 21, 28, 42 və 84 ədədlərinə qalıqsız bölünür.
Səksən iki
Səksən iki — say sistemində ədədlərdən biridir. Səksən birdən sonra, səksən üçdən əvvəl gəlir. Səksən iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən səkkiz
Səksən səkkiz — say sistemində ədədlərdən biridir. Səksən yeddidən sonra, səksən doqquzdan əvvəl gəlir. Səksən səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 8, 11, 22, 44 və 88 ədədlərinə tam bölünür.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Səksən üç
Səksən üç — say sistemində ədədlərdən biridir. Səksən ikidən sonra, Səksən dörddən əvvəl gəlir. Səksən üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Suveren
Suverenlik, suverenitet (fr. souveraineté — ali hakimiyyət) – ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.
Şüvərən
Şüvərən (lat. Sisymbrium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 8 növü yayılmışdır. Bir ikiillik ot bitkiləridir. Lələkvari yarılmış yarpaqları var. Sarı rəngli çiçəkləri salxımvari çiçəkqruplarına yerləşir. Meyvəsi uzun – silindr formada buynuzmeyvədən ibarətdir. Toxumları uzunsovdur. Şüvərənin növləri bir-birindən əsasən çiçəklərinin quruluşuna görə fərqlənir. Tibbdə aşağıda göstərilən 3 növündən istifadə olunur: dərman şüvərəni – Sisymbrium officinale, qınabənzər şüvərən – Sisymbrium rucinatum lezeliya şüvərəni – Sisymbrium loeselii.
Susən Maqsudlu
Susən Maqsudlu - İran aktrisasıdır. 1980-ci ildə Tehran Universitetinin incəsənət fakültəsindən məzun olubdur.
Suklen
Suklen (fr. Souclin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01411. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 40 km cənubda yerləşir. 2010-ci ildə əhalinin sayı 261 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi cəhətdən, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu 61,9%). 119 fəal sakindən 113 nəfər (63 kişi və 50 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) işlədi.
Şuyəşə
Şöşə- İranın Kürdüstan ostanının Sənəndəc şəhristanının Kəlatrazan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,136 nəfər və 280 ailədən ibarət idi.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Rəvəndvari şüvərən
Rəvəndvari şüvərən (lat. Sisymbrium runcinatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü.
Suveren (İğdır)
Suveren — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1928-ci il məlumatına görə Orkof olaraq adlandırılmışdır. İğdırdan 14 km uzaqlıqdadır. İğdır Universiteti kəndin ərazisində qurulmuşdur. 1886-cı il məlumatına görə kənddə 129 nəfər kürd yaşayırdı. Kənd digər kəndlərə nisbətdə iqtisadi olaraq daha inkişaf etdiyindən bura köç güclü olmuşdur. 1985-ci il siyahıya alınmasına görə kənddə 2.961 nəfər yaşamışdır.
Suveren dövlət
Suveren dövlət — beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren bir dövlət başqa bir dövlətdən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.
Sürüşən daşlar
Sürüşən daşlar, həmçinin yelkənli daşlar, yeriyən daşlar, yuvarlanan daşlar adı ilə də bilinən bu hadisə daşların heçbir insan və ya heyvan müdaxiləsi olmadan yumuşaq torpağın üzəri ilə sürüşməsi kimi qeydə alınmış hadisədir. Qaya hərəkətləri ən müxtəlif yerlərdə qeydə alınsa da bunlar içindən ən çox nəzərə çarpanı (hərəkət məsafəsinə görə) Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı sürüşmələrdir. Yerli xalq arasında bəzən bu yer lənətli yer kimi də sayılırdı. Bəzi əfsanələrə görə isə hətta bu daşların şəkil dəyiştirə bilən məxluqlar olduğu və ya yad planetlilər tərəfindən kosmosdan buraya yerləştirildiyi deyilirdi. Qayaların yerləştiyi ərazi köhnə bir göl yatağıdır və bu qayalar bəzən 200 metrə qədər hərələt edə bilir. İlk əvvəllər qayaların küləyin gücü ilə hərəkətə gəldiyi iddiası irəli sürülsə də sonralar 350 kiloqrama qədər çatan bu qayaların torpağın da quru və çat olmasına görə bu cür hərəkət edə bilməsi iddiası yalanlandı. İçin ən maraqlı yanı isə o idi ki, bu qayaların indiyə kimi hərəkət etdiklərini hələ heç kəs görməmişdi. Qayalar bir gecənin içində yerlərini dəyişərək səhər torpaqda iz salırdılar. Bu izlər əksərən düz olsa da bəzən ixtiyari formada ola bilərdi. Hərəkət edən bu qayalar haqqında ilk araşdırmalar 1915-ci ildən başladı.2013-cü ildə GPS üzərindən daha dəqiq elmi araşdırmalar ilə qayaların sirri ortaya çıxdı.
Sürüşən vektorlar
Sürüşən vektorlar — başlanğıc nöqtəsi düz xətt üzərində ixtiyari götürülə bilən vektordur. Deməli, sürüşən vektoru yerləşdiyi düz xətt üzərində istənilən qaydada sürüşdürmək olar. Bu zaman vektorun istiqaməti dəyişməməlidir. Sərbəst vektorlardan fərqli olaraq, sürüşən vektorlar bir düz xətdən başqa düz xəttə köçürülə bilməz. Bərk cismə tətbiq olunan qüvvə Sərbəst vektora nümunədir. Sərbəst vektor anlayışı fizikada tətbiq olunur. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Yasper Silesen
Yakobus Antonius Peter "Kasper" Sillessen - ( holladca: [ˈjɑspər ˈsɪləsə(n)] , d.: 22 aprel 1989) Holladiyalı qapıçı, İspaniyanın Barselona FK və Niderland milli futbol komandasının üzvü .
Boylu şüvərən
Boylu şüvərən (lat. Sisymbrium altissimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm olan, sərt yoğun gövdədən və aralanan budaqlı birillik ot bitkisidir. Aşağı yarpaqları qayıqvari şəkildə həlqəvari bölünəndir, yuxarı yarpaqları sapvari şəklindədir. Çiçəkləri yumşaq salxımdan ibarətdir. Ləçəkləri zəif sarımtıl rəngdə olub, solan zaman tamamilə ağ rəngə çevrilir. Toxumları enli ellipsvari, tünd qəhvəyi rəngdədir. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın Abşeron, Kür-Araz düzənliklərində, Naxçıvanın dağlıq zonalarında, Lənkəran düzənliklərində yayılmışdır. Bundan başqa bitkiyə düzənlikdən tutmuş orta dağ qurşaqlarına qədər zonalarda da rast gəlmək olar.