Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sulfonol
Sulfonol - alkilbenzolsulfonat, alkilbenzolsulfonat turşuların natrium duzlarının izomerlərinin qarışığdırı, ümumi formulu R-C6H4 NaO3S, burada R ümumi CnH 2n + 1 düsturuna uyğun bir radikaldır, burada n = 14-18. Sulfonol qoxusuz və ya az miqdarda kerosin qoxusu verən,sarı və açıq gəhvəyi rəng verən dənəli tozdur; alkilbenzolsulfonat turşuların natrium duzları - 80% - dən az deyil, natrium sulfat 15%-dən çox deyil. Suda yaxşı həll olur, sərt suda çöküntü əmələ gətirir. Sulu məhlulları NaCl- in təsirindən bulanır. Sulfonolun müxtəlif 6 izomeri var. C12H25C6H4SO3Na formula uyğundur. Nəmləndirici, yuyucu və emulsiya edən maddələr kimi istifadə olunur. Toxuculuq sənayesində - liflərin hazırlanmasında və emalında, boyanma proseslərində istifadə olunur. Yuyucu tozların əsas komponenti olan sulfonol müxtəlif səthlərdən (aktiv qatqılarla qarışdırılmış) çirkləri təmizləmək üçün tətbiq olunur. Поверхностно-активные вещества.