Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ain't No Sunshine
Ain't No Sunshine – Bill Withersin 1971-ci ildə çıxardığı Just As I Am albomuna daxil olan mahnı. Mahnının prodüserliyini Booker T. Jones edib. Mahnının bas səsləri Donald "Duck" Dunn, zərb alətində isə Al Jackson, Jr tərəfindən ifa edilib. Mahnı sinql kimi 1971-ci ilin sentyabrında satışa çıxarılmış və Withers hitləri arasında ən uğurlularından biri olmuşdur. Belə ki, mahnı U. S. R&B hit paradında altıncı, Billboard Hot 100 hit paradında isə üçüncü yerə qədər yüksələ bilmişdir. Otuz bir yaşı olanda ilk hiti olan mahnısını yazıb və bu mahnı hit paradlarda debüt edəndə ifaçə hələ də Boing 747 üçün ehtiyat hissələri istehsal edən zavodda işləyirdi. Əslində o, artıq iyirmi doqquz yaşından mahnılar üçün sözlər və musiilər yazmaq haqqında düşünürdü. Lakin ətrafında olan musiqiçi tanışları, bundan bir şey çıxmayacağını və əsla uğur qazana bilməyəcəyini qeyd edirdilər. Withersin özünün qeyd etdiyinə görə o, 1962-ci ildə çəkilən Days of Wine and Roses filmini izlədikdən sonra bu mahnını yazmaq qərarına gəlmişdi. "Ain't No Sunshine" mahnısı ilə birgə, valın gigər üzündə isə başqa bir mahnı – "Harlem" mahnısı satışa çıxarılmışdı.
Sunizadə Seyid Mehmed Əmin Əfəndi
Sunizadə Seyid Mehmed Əmin Əfəndi (v. iyul 1665, Beşiktaş) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == Sultan Əhməd dövrünün Hələb qazısı olan Sunullah Əfəndinin oğludur. Anası Əmir Sultanın şəcərəsindən olduğu üçün bəzi mənbələrdə Seyid ünvanıyla anılır. İlk təhsilini atasından aldıqdan sonra İstanbula gələrək dövrün üləmasından dini təhsil almışdır. Ardından 1627-ci ilin oktyabrında Nişançı Mehmed Paşa mədrəsəsinə müdərris təyin olundu və 1640-cı ilin sentyabrına qədər müxtəlif mədrəsələrdə fəaliyyət göstərdi. Daha sonra qazılığa keçdi və 1641-ci ilin oktyabrında Saloniki qazısı oldu. 1646-cı ilin avqustunda Hələb, 1647-ci ilin yanvarında Qahirə qazılığına gətirildi. 1649-cu ildə isə İstanbul qazısı seçildi. 12 avqust 1650-ci ildə bu vəzifəsindən ayrıldı və uzun müddət dövlət vəzifələrindən uzaq qaldı.