Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüstüyə qarşı aşqarlar
Tüstüyə qarşı aşqarlar dizel mühərrikinin buraxdığı işlənmiş qazlardan gələn qara tüstünün (his) emissiyasını azaltmaq üçün nəzərdə tutulmuşdur. Yanma kamerasında alovlanmadan əvvəlki mərhələdə yanacağın intensiv krekinqi baş verir, nəticədə his əmələ gəlir. Sonra o yanır, lakin bəzi səbəblərə görə tam yanmır. Qara tüstünün tərkibində olan hisin bir hissəsi atmosferə atılır. Hisin əmələ gəlməsi mühərriyin səmərəliliyinin azalması deməkdir, lakin bundan əlavə, his onun səthində sorbsiya olunmuş kanserogen politsiklik aromatik karbohidrogenlər daşıyıcısıdır. Qara tüstünün emissiyası metalsaxlayan tüstüyə qarşı aşqarlar vasitəsilə azaldıla bilər. Bu halda külsüz aşqarların təsiri çox deyil. Tüstüyə qarşı aşqarların işçi qatılığı 0.05-0,2%-dir. Nisbətən əvvəlki aşqarların (məsələn, 1970-ci illərdə işlənib hazırlanmış ИХП- 702, ИХП-706 aşqarları) tövsiyə olunan qatılığı 0.5-1.0%-ə qədər və daha yüksək olmuşdur. Tüstüyə qarşı aşqarların təsir mexanizmi haqqında konkret fikir yoxdur.