Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təşkilatlanma
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Tərcümədə Təşkilatlanma
=== Tərcümədə Təşkilatlanma === Hal-hazırkı mənbələrə əsasən dünyada qeydə alınmış 300 minə yaxın rəsmi tərcüməçi vardır. Qeyri-rəsmi məlumatlara əsasən isə bu rəqəmin daha da yüksək olduğu qeyd olunur. Bu sayın günü-gündən artdığı heç kimdə şübhə yaratmır. Bəs bu qədər tərcüməçi harda və necə təşkilatlanır? Topladığım məlumatlara istinadən deyə bilərəm ki, dünya üzərində yüzlərlə tərcümə təşkilatları, assosiasiyaları mövcuddur. == Beynəlxalq Tərcüməçilər Federasiyası == Beynəlxalq Tərcüməçilər Federasiyası Federation of Translators) dünyada üzvlərinin sayına , heyata keçirdiyi tədbirlərə və reytinginə görə tərcüməçilərin ən böyük təşkilatıdır. Dünya üzərində 55-dən çox ölkənin tərcümə təşkilatlarının təmsil olunduğu federasiyanın baş ofisi İsveçrədə yerləşir. Federasıyanın üzvü olan tərcüməçilərin sayı isə 80.000-dən artıqdır. Federasiyanın əsas məqsədləri arasında tərcüməçiləri bir araya toplamaq, onların hüquqlarını müdafiə etmək, tərcüməçilər üçün xüsusi təlimlər keçirmək yer alır. Hər 3 ildən bir beynəlxalq iclas keçirən federasiyanın növbəti iclası 2014-cü ildə Almanyada baş tutacaq.